...Bir SON daha...
9/10
·320 syf.··
Beğendi
·
2022 13. kitabı
·
5 günde okudu
·
Okunma: 17 Aralık 2022 00:00
Bəli, yenə mən və Varis 'in möhtəşəm bir əsəri. 2022də tanıdığıma şad olduğum çox insan çıxdı qarşıma, yazarla da kitablar dolayısıyla da olsa bu il tanışmış oldum. İllər əvvəl istəyirdim qələmi ilə tanış olmağı ama nədənsə heç vaxt nəsib olmurdu. Amma bəzən insan düşünür ki, kaş daha əvvəldən oxusaydım filan əsəri, bəzənsə düşünürəm ki, nə yaxşı ki, illər əvvəl oxumamışam. Çünki belə təsirli əsərləri bir neçə il əvvəl oxumuş olsaydım yəqin ki, mənə çox pis təsir edərdi, unuda bilməzdim heç vaxt. Çərpələng Uçuran əsərini bir neçə il əvvəl oxuyanda ürəyim qaldırmadı yarıda saxlayıb daha sonra davam eləmişdim. Ona görə Varis bəyin əsərlərinin də oxunma zamanı elə indi imiş deyə düşünürəm. Gec də olsa əsas odu tanışdım :) Əsər haqqında nə qədər danışsam az olar. Əsasən hər şeyin ilki-dizilərin ilk sezonu, yazarların ilk kitabı, filmlər serisinin 1ci hissəsi və.s mənim fikrimcə daha gözəl olur, davam etdikcə öz əvvəlki sehrini itirir. Əsər həm yazarın, həm də mənim onun qələmindən oxuduğum sayca ikinci kitab olduğuna görə düşünürdüm ki, bu da belə olacaq. Mənim üçün heç bir əsəri Sonuncu Ölən Ümidlərdir 'in yerini verməyəcək. Amma yenə də yanıldım. Yenə də ön yargılarıma görə utandım. Axı bir insan hər kitabında necə insanı belə təəccübləndirə bilər? Necə hər kitabında daha da çox kədərləndirəcək hadisələr təsvir etməyi bacarar? Yazarın əsərlərində ən sevdiyim nüans isə əsərlərin sonluğu və süjet xəttinin adla bağlılığı olur. Elə sonluqlar yazılır ki, başqa son ola bilməz deyə düşünür insan. Mən sadəcə öz ədəbiyyatımızda belə gözəl yazar olduğu üçün fəxr edirəm, çəkdiyi bütün əməklərinə görə minmətdarlığımı bildirirəm. Yazılacaq çox söz, ifadə olunmaz çox hiss var əsər haqqında amma nə qədər çox yazılsa o qədər spoiler olacaq. Bunu da etmək istəmərəm əlbət. Onsuz nə qədər yazılsa da hisslər ifadə edilə bilməz heç bir cümlələrlə. Əsərin baş qəhramını Nigardır... Həyatı bədbəxtliklərlə məhv olan, günahsız Nigar... Onsuz əvvəldən yaşadığı hadisələri oxuduqca ürəyim yandı onun üçün. Axı nə günahı vardı onun?! Amma hardan bilərdim ki məni daha da şoka salacaq, unuda bilməyəcəyim anlar hələ qabaqdadır. Əsərin sonlarına yaxın oxuduğum bəzi səhnələrə görə şər atılan günahsız, adam kimi adam olan insana yaxılan qara ləkələrə inandığım üçün daha sonrakı səhivələrdə özümdən utandım. Axı necə inana bildim elə insanın bu cür şərəfsizlikləri edə biləcəyinə?!Necə əsl şərəfsiz insanı kənarda qoyub atılan şərlərə inandım?!O səhnələri oxuduğum zaman hətta bir müddət kitabı yarıda qoyub tamamlamamağı düşündüm. Çünki əvvəldən gözümdə uca olan insanın belə hərəkət etməsi məni dərindən sarsıtdı. Daha sonra oxumağa, davam etməyə məni nə vadar etdi bilmirəm, amma yaxşı ki, oxudum sona qədər, yoxsa özümü heç vaxt əfv etməzdim. Əgər siz də belə hisslər yaşayırsınızsa əsla amma əsla yarım buraxmayın sona qədər oxuyun hər şey aydınlaşacaq. Peşman olmayacaqsız! Mən sarsıdan çox hadisələr oldu. Və onu bilirəm ki əsla bu kitabı oxuduğum zaman keçirdiyim hissləri heç zaman unutmayacam. Sonuncu Ölən Ümidlərdir əsərini metroda, avtobusda oxumuşdum. Son səhivələrini də dərs zamanı sinifdə oxudum. Özümdən asılı olmadan bitirdiyimdə kitabı qucaqladım. Oxuduğum bütün hadisələr gözümün qarşısında yenidən canlandı. Bu kitabda da eynilə o hissləri, hələ bəlkə daha da güclü hisslər keçirdim. Yenə sarıldım kitaba. Personallarla vidalaşmaq mənim üçün çoox ağır oldu. Amma nə qədər ağır da olsa deyirəm: Əlvida, hər kəsə ibrət olunacaq insan Zaur... Əlvida, günahsız yerə həyatı darmadağın edilən, başqalarının günahlarının bədəlini ödəməyə məhkum olunmuş Nigar... Və əlvida üzü heç zaman gülməyən, əsl Azərbaycan oğlu kimi mərd və igid olan, məni əsərdə taleyi ilə ən çox kədərləndirən insan balaca Zaur.... Əlvida, Zz♡ Zz=zülmə zərbə? Zz=Zaur və zərifə? Yoxsa Zz=böyük və kiçik zaur? Mən sonuncu versiyanı daha çox bəyəndim.♡Hər kəs üçün başqa məna ifadə etsə də bir şeydən əminəm ki Zz olaraq yazılması bir təsadüf deyil, ola bilməz...Onsuzda həyatda mənası olmayan, təsadüfi heç nə yoxdur. Hər şeyin əlbət bir açıqlaması vardır. Mütləq amma mütləq oxuyun...Şiddətlə tövsiyə edirəm. Məndən deməsi: Göz yaşlarınıza hakim ola bilməyəcəksiz. :`( Bir də nəfəsinizi tutub oxuyacaqsız, elə aludə olacaqsız ki, bitirmədən yerə qoymaq istəməyəcəksiz... Son olaraq: •Nağıllarım hamısının axırı yaxşı qurtarır. Amma həyatda heç nə yaxşı qurtarmır.... Bir müddət yazarın başqa kitabını oxumamaq üçün özümü razı salmalıyam. Əks halda bu qədər dramanı bir anda qaldırmaya bilərəm. Sağ olun, özünüzə yaxşı baxın. 2022 sona yaxınlaşdıqca ili gözəl bitirmək üçün bolca oxumağa davam edin. Hər zaman kitabla qalın.♡
Bir Ovuc TorpaqVaris · Vektor · 2009472 okunma
·
58 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.