Gönderi

272 syf.
7/10 puan verdi
Son vaxtlar İthaki nəşriyyatı ilə seçimlərimiz yaman kəsişir. Mən hansısa yazıçını kəşf edirəm, 1 ay keçmir ki, İthaki nəşr edir. Charles Yu Mark Danielewski'nin instagram postu sayəsində adını eşitdiyim yazıçıydı. Bir az haqqında eşələyib "zaman səyahətçisinin əl kitabı" adlı bir romanını almışdım, hələ 2020-ci ildə bu kitabı yeni nəşr olunmuşdu. Daha sonra da "National Book Award" mükafatını qazandı. Deməli kitabdan danışım bir az: Kitab film ssenarisi şəklində başlayır və ikinci şəxsin təkində yazılıb. Asiyalı(əsasən də Çinli) insanların yaşadığı "Chinatown" deyilən bölgələr olur Amerikada. Filmlərdə də görmüsünüz, özlərini Çindəki kimi aparırlar, polis o əraziyə girə bilmir filan. Müəllif həmin ərazidəki insanlardan danışır, amma nə danışır.. Mahiyyət bundadı: asiyalılar film üçün onlara verilən rolu ifa eləməyi gözləyirlər. "Klişe asiyalı adam/qadın" rolundan başqa heç nəyə yaramırlar. Heç vaxt baş rol olmurlar, hollivud filmlərində arada görünüb yoxa çıxan, ölməyə yarayan, bütün arzusu kung-fuçu adam olmaq olan klişedən ibarətdilər. Amerikada yaşayan Asiyalılar sadəcə Amerikada yaşayan asiyalıdılar, amerikan deyillər. Baş qəhrəmanımız Willis Wu da omlardan biridi. Kitab.. çox xüsusi kitabdı. Baş verən hadisələrdə heç bir xüsusilik yoxdu, sujet zəifdi. Amma kitabın özü çox xüsusidi. Əvvəla tərz baxımından çox yenilikçidi. Ssenari diliylə yazılıb, sanki film çəkilir, amma müəllif bir çox şeyi simbolikləşdirir: Amerikada yaşayan asiyalılar ən az qaradərililər qədər irqçiliyə məruz qalırlar. Amma bu daha passiv irqçilikdi. 100 il sonra qaradərililər də amerikalı olaraq qəbullanıldı, öz musiqilərini, replərini, tərzlərini Amerikanın bir parçası etdilər, amma Asiyalılar hələ də Asiyalıdılar. Bilmədiyim çox tarixi fakt vardı bu barədə. 1965-ci ilə qədər çinlilərə qarşı olan qanuni səviyyədəki orqçilik ağılasığmazdı. "Chinatown" deyilən bu çin məhəlləsinin qanun tərəfindən məcburi şəkildə qurulduğunu bilmirdim. Çinlilərin Amerikada yaşaya biləcəyi bəlli ərazi yaradıb ora məcbur buraxıblar, başqa sözlə, faşizmdən 100 il qabaq Amerika ilk gettosunu qurmuşdu artıq. Başqa bir məsələ də ikinci şəxsin təkində yazılmış olmasıdı. Əvvəla, ikinci şəxsin təkində yazılan bir neçə kitab oxumuşam, amma bu qədər uğurlusunu xatırlamıram. İkincisi, bu yazım tərzinin çox "manidar" bir yanı var: kitab film ssenarisi kimi yazılıb, "klişe Asiyalı adam" rolunda olan Willis Wu'dan danışır və bunu "ikinci şəxsin təkində" edir. Yəni onsuz da ssenari daxilində yaşamaqları diqtə olunan asiyalıların həyatını bir də başqası ona "sən" müraciəti ilə danışır, başqa sözlə, diqtə edir. Ssenari içində ssenari. Çox gözəl tryukdu. Başa sala bilirəmmi, bilmirəm. Əlqərəz, maraqlı təcrübədi belə kitabları oxumaq. Oxuyun, amma sonra küçədə dollar yandırmayın.
İç Mekân Çin Mahallesi
İç Mekân Çin MahallesiCharles Yu · İthaki Yayınları · 202128 okunma
·
87 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.