Gönderi

8/10 puan verdi
·
Beğendi
Kitab 13 hekayədən ibarətdir. Burada detektivimiz Puaro yox Miss Marpldı. "Mavi qatarın sirri"ndə Puaro ilə tanışmışdım. Amma Miss Marplın iştirak etdiyi kitablara üstünlük verəcəm. Çox maraqlı idi. Hekayə danışılarkən lazım olan ipucular həm Miss Marpla həm də bizə verilir deyə fikirləşmək olur. Puaro isə bəzən xəbərimiz olmadan nəyisə araşdırır və bizə sonda deyir. Ən sevdiyim hekayələr "Müqəddəs Peterin barmaq izi" və " Mavi ətirşah" oldu."Qızıl külçələri" isə ən sıxıcı hekayə oldu. Aqata Kristinin dərmanlar haqqında biliklərindən bu şəkildə istifadə etməsi çox xoşuma gəldi. 8.9/10. Tövsiyə edirəm.
13 müəmma
13 müəmmaAgatha Christie · Teas Press · 2021893 okunma
·
122 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.