Gönderi

...onu da bil, birinci yaxınlaşan heç də həmişə ən zəif olmur. Küçənin tininə çatanda səni tamamilə islanmış gördüm və o saat başa düşdüm ki,sən çox da güclü deyilsən.Mənə gəlincə,mənim gücüm var və zəif insanları ilk baxışdan seçə bilirəm.Onların özünəməxsus yerişləri olur.Sənin kimi. Mən onları əsəbdən gərgin olan kürəklərindən,çiyinlərini tərpətmək tərzindən,addımlarından seçə bilirəm.Onların ən xırda cizgilərində belə əsəbilik var və mən bunu o saat görürəm. Onlar lovğa-lovğa gəzsələr də, əsəbi olduqlarını gizlədə bilmirlər.Onlar analarının qanadlarından təzə ayrılmış sərçələrə bənzəyirlər. Onlar yağışın altında lovğa-lovğa gəzsələr də, mən onlardakı əsəbiliyi o dəqiqə görürəm. Onu görməmək mümkün deyil. Bu əsəbilik onlara analarından qalıb və nə etsələr də,gizlədə bilməzlər. Mən isə tam əksinə,qan, sümüklər və əzələlərdən ibarətəm. Bunlar mənə atamdan keçib. Əsəblə heç vaxt problemim olmayıb. Çünki mənim atam çox möhkəm adam olub,o heç vaxt əsəbləşməyib,onu heç bir şey özündən çıxara bilməzdi. Bu insan yalnız sümükdən,əzələlərdən və qandan ibarət idi.Onu bir sözlə icraçı adlandırmaq olardı.
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.