Gönderi

7/10 puan verdi
·
Beğendi
İlin son kitabı. Polianna. Orta məktəbdə Pollianna haqqında bir mətn vardı. O gündən mən də xatırladıqca Polliannanın "xoşbəxtlik oyunu"nu oynayırdım. Və kitabını oxumağı çox istəyirdim ki, nəhayət ki oxudum. İlk öncə kitabı alacaqsınızsa uşaq kitabı olduğunu unutmayın. Yəni çox wow hadisələr baş vermir. Ancaq oxuduğuma məmnunam. 6.sinifdən yuxarı hər kəsə tövsiyə edirəm. Kaşki Xanım Snou ilə olan səhnələr daha çox olardı. Xanım Snou narazı olmaq üçün çoxlu səbəb tapardı, Pollianna isə qarşılığında xoşbəxt olmaq üçün səbəb. Sonlarda kitab daha maraqlı hal aldı. Başlarda hadisələr bir az yavaş gedə bilər. Sonda Polliannanın təsir etdiyi insanların onu ziyarət etməsi ən sevdiyim hissə oldu. Favori karaktetim isə Miss Polli ilə Pollianna. Kitabda sevdiyim şey Hər şeyə pozitiv baxan insan olsa ona Pollianna deyirlər. Tənbəl insanlara Oblomov. Obrazların belə tanınması çox xoşuma gəlir.
Pollianna
PolliannaEleanor H. Porter · Qanun Nəşriyyatı · 09,3bin okunma
·
128 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.