Gönderi

590 syf.
7/10 puan verdi
İlk incələmə
Ahmet Ümit'i tanımağım Dan Brown bənzəri yazarları axtarmağım sayəsində oldu.Demək olar ki,ikisi də dünyanın gizli və ya diqqətdən kənar qalmış tarixini,abidələrini,əlyazmalarını insanlara çatdırmaq istəyirlər və bunu edərkən də oxucu tarix dərsliyi oxuyurmuş kimi hiss etməsin deyə çatdırmaq istədiyi məlumatı detektivlik və ya cinayət hekayəsi ilə bəzəyib,işin içinə biraz həyəcan qatırlar.Narazıçılığımız var mı?-əsla yox) "istanbul xatirəsi" İstanbula ayaq basmamağıma baxmayaraq ekskursiyadaymışam kimi hiss etdirdi və açığı orda yaşayan,bəhs olunan tarixi məkanları tez-tez görən,lakin nəyə baxdıqlarının fərqində olmayan insanların,bu kitabı oxuyarkən keçirəcəyi aydınlanmışlıq hissini qısqanmağıma səbəb oldu. İstanbul'un mədəniyyət beşiyi sayılması lazım gələn yerdə layiq olduğu dəyəri hələ də görmədiyini düşünürəm.Bu baxımdan Ahmet Ümit'in çatdırmaq istədiyi mesaj təqdirə layiq idi. -Spoiler- Geriyə işin cinayət tərəfi qalır.Açığı kitabın sonlarına qədər eyni prossesin davam etməsi bir yerdən sonra sıxmağa başladı.bəlkə də kitaba 5 dəfə başlayıb,hər səfərində yarım qoymağım bundan irəli gəlir. - tarixi məkanların birinə cəsəd buraxılır,əlində sikkə,əlləri harasa yönəlib,şahidlərin gördüyü ağ maşın var.İçində adam, örtülü qadın.təbii ki maşının seriya nömrəsini götürməyiblər,xəbərlərdə ardıcıl cinayətlər haqqında bas-bas bağırdıqları halda əlbəttə ki,hamı, sanki hər gün serial killer görürmüş kimi normal yaşantısına davam edir.Kimsə kimsədən şübhələnmir. Hətta polislər belə cəsətləri böyük soyuqqanlılıqla qarşılayır.Kimsə də demir ki,Ay qurban olum,nə vaxta qədər küçələrdən cəsəd yığacıq? Bəlkə bu işi həvalə etdiyimiz 3(üç) nəfərlik qrup yetərli deyil? Əlavə köməyə ehtiyacı var? Bəlkə çatdıra bilmirlər? Hətta bəlkə sikkə kolleksiyasına baxmalıyıq?Görünür,cəsədlər sikkələrdə təsvir olunan hökmdarların tikdirdiyi abidələrin yaxınlığına atılır.Onsuz 7 sikkə var.Nə qədər yanıla bilərik ki? Sonunu da təxmin etmək çətin olmadı.Qatilin ən ağla gəlməyəcək birinin olacağı, israrla Handan'ın ölüm səbəbinin deyilməməsi geriyə başqa seçim şansı buraxmırdı.Sondakı məzarbaşı səhnəsi içimə oturdu mu ?-oturdu,orası ayrı. Bəlkə də mən məntiqsiz düşünürəm.Bəlkə də hekayə xəttində tutarsızlıqlar yoxdur.Amma yenə də oxucu olaraq bunlar mənim düşüncələrim idi. Yenə də çox şey öyrəndim.Peşman deyiləm və yazıçının başqa kitablarını oxumağı da düşünürəm.
İstanbul Hatırası
İstanbul HatırasıAhmet Ümit · Everest Yayınları · 201935,5bin okunma
·
44 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.