Gönderi

Ağlar, ağlamaz ?
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz? Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz? Şaxi-murada mürği-dili qonmamış hənuz, Səyyadi-qəm şikarı ola, ağlar, ağlamaz? Zülfün əsiri oldu könül sərneviştdən, Kim tirəbəxti-tarı ola, ağlar, ağlamaz? Vəsli-nigarə adəl edib şadkam olan, Dərdi-fəraq zarı ola, ağlar, ağlamaz? (Mirzə Rəhim bəy Fəna)
·
23 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.