Gönderi

Ən böyük düşmən
Biz özümüzü incitməsək, heç kəs bizi incidə bilməz. Deyl Karnegi yazır: "Düşmənlərimiz bilsəydilər ki, onlara olan nifrətimiz bizi nə qədər yorur, zahirimizi korlayır, bizdə əsəb, ürək xəstəlikləri yaradaraq böyük ehtimalla ömrümüzü də qısaldır, yəqin ki, sevinclərindən əl çalardılar. Belə deyilmi?! Öz düşmənlərimizi sevə bilmiriksə, heç olmasa, özümüzü sevək. Düşmənlərə səadətimizi əlimizdən almağa, sağlamlığımızı və zahirimizi korlamağa imkan verməyəcək qədər özümüzü sevməliyik. Şekspir deyir, düşmənləriniz üçün sobanı çox güclü qalamayın, yoxsa özünüz də orada yanarsınız... Mümkündür ki, biz düşmənlərimizi sevəcək qədər müqəddəs olmayaq, lakin öz sağlamlığımıza və səadətimizə görə onları bağışlamalı və varlıqlarını unutmalıyıq. Bu bizim tərəfimizdən ən müdrik davranış olar. Konfutsi deyirdi: "Sizi incidiblərsə və ya malınızı oğurlayıblarsa, bu elə də mühüm deyil. Əlbəttə, əgər siz bu barədə davamlı olaraq düşünməyəcəksinizsə”. Epiktet də təlimlərində deyir: “Əgər insan həqiqi şəri tanıya bilsəydi, onun kənardan gəlmədiyini görərdi. Həqiqi şər həmişə insanın daxilində qərar tapır. Buna görə də insan istənilən vaxt ondan azad ola bilər". Bəli, bizimlə həmişə birgə olan o şəri özümüzdən uzaqlaşdırmalıyıq. Bunun üçün qəlbimizi başa salmalıyıq ki, bədxahların, yersiz tənqidçilərin ocağını körükləməsin, onların bizim haqqımızda dediklərini hə- qiqət kimi bizə təqdim etməsin. Onu başa salmalıyıq ki, düşmənin düşərgəsində deyil, bizimlə eyni səngərdə olub həyat çətinliklərinə qarşı bizimlə birgə vuruşsun.
Sayfa 179Kitabı okudu
·
46 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.