Gönderi

456 syf.
9/10 puan verdi
Bu gün gündəmdə olan Tehran terrorunu törədən cinayətkar, onun əməlinə göz yuman İran mühafizə xidməti və müqəddəs üç ayın gəlməsi münasibətilə aktivləşib İran din xadimlərinin fikirləri ilə sosial şəbəkələrimizi "bəzəyən" tanışlarımın simasında bütün iranpərəstlərin şərəfinə bir neçə ay qabaq oxuduğum kitab haqqında yazmaq istəyirəm. XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi realizmin nümayəndələrindən olan
Hacı Zeynalabdin Marağayi
Hacı Zeynalabdin Marağayi
'nin qələmə aldığı 3 hissədən ibarət
İbrahim Bəyin Səyahətnaməsi
İbrahim Bəyin Səyahətnaməsi
romanının mövzusunu İbrahim bəyin 8 aylıq İran səyahəti təşkil edir. İran adını eşidən kimi ixtiyarı əldən gedən İbrahim bəy çox vətənpərvər və təəssübkeş biridir. Misirdə yaşayan baş qəhrəmanımızın vətən eşqi onun bütün varlığına hakim kəsilmişdi, vətəni haqqında mənfi bir fikir eşitmək onu mütəəssir edir. Bu fikirlərin reallığa nə dərəcədə uyğun olduğunu öyrənmək üçün o, səyahətə çıxır. Misirdən çıxan İbrahim bəyin trayektoriyası belədir: İstanbul, Batum, Tiflis, Bakı, Aşqabad, Məşhəd, Tehran, Qum, Rəşt, Şiraz, Təbriz, Ərdəbil, Marağa, Culfa, İstanbul, Misir. Bir sözlə, İranın tərifəlayiq əksər ərazilərini gəzir İbrahim bəy. Qarşılaşdığı mənzərə bugünkündən heç də fərqli olmur, baxmayaraq ki, əsər illər əvvəl yazılıb. Hər bir şəhərdə qarşılaşdığı rəzalətdən, səfalətdən sonra müəllifin prototipinin söylədiyi "Onlar ölü ikən diri, diri ikən ölüdürlər" fikrini əsərin əsas qayəsi kimi qəbul edə bilərik. Müəllif bilərəkdən İbrahim bəyi rövzəxanından, seyidindən tutmuş nazirlərinə qədər hamı ilə görüşdürür, bütün İran cəmiyyətinin bədbəxtliklərini, qüsurlarını, eybəcərliklərini, rüşvətxorluğunu, vəzifəpərəstliyini, tarixini, İran sənətkarlarının mədhiyyələri ilə, gülə, bülbülə yazdıqları əsərləri ilə formalaşdırdıqları ədəbiyyatını, dinə münasibətini, din xadimlərinin əməllərini əsərində qəşəngcə təsvir edir. Maarifçi müəllifimiz öz əsərində mütərəqqi fikirlərini də irəli sürür: İranda konstitusiyalı dövlət yaratmaq (əsər yazıldığı dövrdə konstitusiya qəbul edilməmişdi), monarxiyanı ləğv etmək lazımdır. Monarxiya ilə tərəqqiyə nail olmaq mümkün deyil. Maarif, səhiyyə, ədəbiyyat, mədəniyyət, iqtisadiyyat, hərb sahəsində dəyişiklik etməyin lazım olduğunu qeyd edir. Onun fikrincə, İranın taleyi iranlıların əlindədir. Nə qədər ki xaricilər onun sərvətinə yiyələnəcəklər, İranın nicatı yoxdur. Bu sərvətə iranlılar özü sahib çıxmalı, xariciləri ölkədən çıxartmalıdırlar. Əsərdə ən maraqlı hissələrdən biri meracla bağlı olan epizoddur. Merac zamanı Məhəmməd peyğəmbərin yanında Hz.Əlinin olduğunu əsaslandırmaq üçün uydurulmuş düyü məsələsi bu gün də mollaların dilində yaşayır və nə qədər şəxs bu qondarmaçılığa inanır. Sözügedən problemin həllini
Hüseyn Cavid
Hüseyn Cavid
babamız
Şeyx Sənan
Şeyx Sənan
pyesində vermişdir: Olsa merac, olur da ruhani, Həp yalandır üruci-cismani. Bir bəşərdir, diyordur peyğəmbər, Hiç görülmüşmü çıksın ərşə bəşər? İbrahim bəy yaşasaydı, çox güman, ən sevdiyi musiqi bu olardı: youtu.be/IWwsnBPSbE4 . Dinləyib deyərdi ki, vətənimin bir məziyyəti varsa, o da musiqisidir)).
İbrahim Bəyin Səyahətnaməsi
İbrahim Bəyin SəyahətnaməsiHacı Zeynalabdin Marağayi · Şərq-Qərb Nəşriyyatı · 20063 okunma
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.