Puan vermedi·352 syf.··
2023 4. kitabı
·
24 günde okudu
·
Okunma: 30 Ocak 2023 05:03
Nə vaxtdır incələmə yazmırdım. Darıxdım kitablar haqqındakı hislərimi sətirlərə düzmək üçün. Bu günkü incələməni yazmaq mənim üçün çox çətin olacaq. Repressiya qurbanlarından olan, xalqımın nakam şairi, ölümündən sonra bəraət qazanan Mikayıl Müşfiqdən oxuduğum ilk kitab oldu bu kitab. Əlbəttə dillərə dastan olan, musiqisi bəstələnmiş şeirləri dəfələrlə göz yaddaşımdan keçmişdir. Ancaq qələmiylə ilk dəfə bu qədər yaxından tanış oluram. Xalqın rifahına, zülmə qarşı dirçəlişinə, zalım idarəçiliyə isyan var şeirlərində şairin. Qadına dəyər, əməkçilərin zəhmətinə hörmət var. Mənim şairdən incikliyim, fırıldaqçı mollaları hədəf alarkən din baxımından sərt tənqid etməsi oldu. Məsələn; Azərbaycan ədəbiyyatında xalqın imanından suiistifadə edən dırnaq arası mollaları tənqid edən yazıçılarımız heç də az olmamışdır. Celil Memmedguluzade Mirzə Ələkbər Sabir və sairə... Ancaq onların hədəfi din deyil, saxta mollalar olmuş, qələm mübarizəsini onlara qarşı yönəltmişdilər. Müşfiqdə isə dinə fərqli baxış olduğu hissi yarandı məndə. Əlbəttə bunu ədəbiyyatçılarımızdan soraqlaşıb öyrənməyi də düşünürəm. Bəlkə də mən yanlış anlamışam. Kitabda romanlar, ibrətamiz hekayələr nəzm formasında qələmə alınmışdır. Sonlarda isə uşaqlar üçün yazılmış şeirlər var. Xalqın dilində əzbərə çevrilmiş "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılını da ilk dəfə fərqli formada oxumuş oldum. Kitabın pdfsi üçün Vəfa Hafiz ə təşəkkür edirəm. Kitablarda görüşmək üzrə xoş günlər diləyirəm..
Şiir
Seçilmiş EserleriMikayıl Müşfiq · Şərq-Qərb · 2004151 okunma
·
651 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
İlk defa Azerbaycan Türkçesi ile yazılmış bir incelemeyi okudum ve elhamdülillah anladım. Elinize sağlık hocam. "Dırnaq arası mollalar" betimlemesine de ayrıca bayıldım. 😊
Kitabsever
Gönderi Sahibi
Umut maalesef... Tekrar teşekkürler
Şən gülüm Mən gülüm aç qapını mən gəlim :)) ellerine sağlıq qıvırcığım çox gözel izah etmisen düşüncelerini.🤍🌼 Mende eşitmişdim dine qarşı çoxda isti deyilmiş.. ama ne qədər doğrudur əmin deyilem. Sağ əlin mənim başıma deyerekden en qisa zamanda inceleme yazmaq üçün özüme bol şans dileyirem 😁
Kitabsever
Gönderi Sahibi
Kitabsever
Gönderi Sahibi
💙