Gönderi

540 syf.
·
Puan vermedi
John Steinbeck'in kitabları bəsit dildə yazılsa da həmişə nəsə öyrənə bilirsən ondan. Bu ya insan psixologiyasına dair bir şey ola bilər, ya da tarixlə bağlı hər hansı məlumat. "Gazap üzümleri" kitabında da yazıçı böhran zamanı kəndlilərin yaşadığı çətinlikləri elə təsvir edib ki, sən də həmin kəndlilərlə birgə torpağından məhrum olursan, yurdsuz yuvasız qalıb digər yerlərdə pənah axtarırsan böyük ümidlərlə, getdiyin yerdə isə sənə yuxarıdan baxan insanların təhqiredici davranışları ilə üzləşirsən. Bunları oxuduqca cavabını heç vaxt tapa bilməyəcəyim sualı avtomatik verirəm ki, bəs dünyada bu qədər haqsızlıq baş verdiyi halda niyə bir tənzimləyici qüvvə yoxdur. Niyə dünya əhalisinin çox cüzi hissəsi bütün var dövlətin böyük hissəsini öz əlində cəmlədiyi halda, milyonlarla insan kitabdakı kimi hərfi mənada acından ölür. Həqiqətən çox absurd bir şeydir bu. Həyat davam etdikcə qeyd etdiyim problemin həmişə davam edəcəyinə təəssüflə inanıram. Ümid edirəm ki, gələcəkdə olacaq şeylər mənim bu fikrimdə yanıldığımı göstərər.
Gazap Üzümleri
Gazap ÜzümleriJohn Steinbeck · İletişim Yayınevi · 202135,8bin okunma
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.