Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Axşam düşər-düşməz pəncərə şüşəsinə söykənib səmanı seyr edirəm. Göy üzündəki qızartıya, sanki harasa dördnala çapan buludlara və onların üzərindəki mələklərə – iri, alovlu qanadlarını çalaraq uçan, saçları arasından qığılcımlar səpələyən mələklər ordusuna tamaşa eləməyi sevirəm. Bu səhnə hər gün təkrarlanır. Yenə də hər axşam bura gəlib yuxarı boylanır, eyni mənzərəni sanki ilk dəfə görürmüş kimi həyəcanlanır və hər dəfə zövq alıram.
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.