Gönderi

1025 syf.
10/10 puan verdi
·
15 günde okudu
Bu böyük ədəbiyyat xadiminin əsərinə nə dərəcədə rəy bildirmək haqqım var,bilmirəm. Yenə də, sırf bəzi oxuyucular üçün öncədən fikir yaransın deyə,kitab haqqında ümumi düşüncələrimi bölüşəcəm. İlk onu deyim ki,kitabı bitirdikdən sonra içimdə dərin boşluq yarandı. Çünki,bu 1025 səhifəlik kitaba ,onu oxuduğun günlərdə istər-istəməz dərin bağlılıq yaranır. Dostoyevskinin çox əsərini oxumamışam,sadəcə oxuduğum ikinci əsəridi. Ancaq bunu deyə bilərəmki, yazıçı elə psixoloji analizlər edirki,bu vaxtacan fərqinə varmadığımız,diqqət belə yetirmədiyimiz mövzular barədə bizi düşünməyə vadar edir.Fikirlərimi uzun-uzadı yazıb sizi bezdirmək niyyətində deyiləm. Ümumi əsərdən danışsaq, 1 ata və onun 3 oğlu ətrafında baş verənlərdən danışılır. Hər bir oğulun həyata baxış bucağı bir-birindən fərqlidir. Elə kitabı maraqlı edəndə məhz budur. Çünki oğulların düşüncələrini oxuduqca,bir anlıq onun kimi düşünməyə başlayıb,bu vaxtacan olan fikirlərində bəzi suallarla rastlaşırsan. Çoxu əsas hadisələrin,axıcılığın 600-cü səhifədən sonra başladığını deyir,lakin,mən belə düşünmürəm. Zənnimcə 600-ə qədərki səhifələr mənə daha çox şey öyrətdi,xüsusilə də,Stratez Zosimanın nəsihətləri,İvan və Alyoşanın söhbətləri,Dmitriyin düşüncələri,İvan ilə Şeytanın dialoqu(məsələn bu 600-cü səhifədən sonra idi) və.s. SPOİLER Eyni zamanda Dmitriyin məhkəməsində həm avukatının həm prokurorun iddianamələri sevdiyim hissələrdən oldu. Kitabı oxumasaydım,prokurorun dediklərinə inanıb Dmitriyin qatil olduğunu düşünərdim. NƏTİCƏ: Ümumi nəticəyə gəlsək kitab sizə din, əxlaq,ailə,sevgi mövzularında bir çox şey öyrədəcək.Mən kitabın heç bir yerində sıxılmadım,dil mənə yorucu gəlmədi,hətta bəzi kitablarda uzun cümlələri 2-3dəfə oxumalı oluram,ancaq,burda bir dəfə oxuduqda belə rahatlıqla başa düşə bilirdim. Şərhlərimin çoxunda bu sözü deyirəm amma həqiqətən ,bir çox insanın oxumalı olduğu vacib əsərlərdən biridi.Rəy bildirmək nə həddimə deyib bu qədər uzun fikir bildirməyimə baxmayaraq ,bura qədər oxudunuzsa çox sağolun,biraz uzun oldu.Kitab belə maraqlı və qalın olanda fikirlər də çox olur.
Karamazov Kardeşler
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202335,1bin okunma
·
109 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.