Gönderi

160 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
"Masanın yanındakı taxta kresloda oturmuş ev sahibi belini büküb başını sol çiyninə əyərək dəhşətli, anlaşılmaz təbəssümlə gülümsəyirdi. Onun bədəni soyuyub qıc olmuşdu. Görünür, artıq bir neçə saat olardı keçinmişdi. Diqqətlə ona baxdım, təkcə sifəti deyil, hətta əlləri, ayaqları da qəribə şəkildə bürüşmüşdü. Masanın üstünə doğru dartınmış əlinin altında qəribə alət- çəkicǝoxşar daş ucluğu kobud şəkildə kəndirlə bağlanmış qəhvəyi rəngli nazik dəyənək var idi. Onun yanında üzərinə bir neçə söz yazılmış bloknot vərəqi diqqət çəkirdi. Holms ona baxdı, sonra qaşlarını mənalı şəkildə qaldırıb kağızı mənə uzatdı: -Görürsünüz? Fənər işığında oxuduğum sözlər məni dəhşətə gətirdi: «Dördlərin işarəsi». -Allah xatirinə, məni başa salın, bu nə deməkdir axı? - soruşdum. - Bu o deməkdir ki, burada qətl hadisəsi baş verib, - deyən Holms bədbəxt Bartolomyunun cəsədinə tərəf əyildi.- Belə də bilirdim! Baxın!- o, cəsədin qulağının dibinə sancılmış nazik, uzun tikanı mənə göstərdi"
Şerlok Holmsun Macəraları - Dördlərin İşarəsi
Şerlok Holmsun Macəraları - Dördlərin İşarəsiArthur Conan Doyle · Qanun Nəşriyyatı · 201411,9bin okunma
·
94 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.