Gönderi

İnsanlar Lessini ən çox özlərinin də izah edə bilmədikləri, ləyaqətləri ilə bağlı nəyisə təcəssüm etdirdiyi üçün sevirdilər. İnsanların ləyaqəti isə pul məsələsi ilə bağlı idi. Adətən, kiməsə məxsusi gözəl bir it böyütmək müyəssər olurdusa, günlərin bir günü o artıq it olmaqdan çıxıb pul qazandıra biləcək dördayaqlı nəyəsə çevrilirdi. O, əlbəttə, it olaraq qalırdı, amma onun haqqında varlı bir adam, yaxud hansısa alverçi xəbər tutsa, ona müştəri də çıxa bilərdi. Varlı da iti eynilə kasıb kimi sevə bilərdi, burada onların arasında fərq yox idi.
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.