Düşüncə sehrbazımızın növbəti zərif romanı - Çağrı !
Elçin Əzimli
Tutunabilmək, səadəti bütün olaraq hissetdirən bir duyğudur.
Düşüncə düşünməkləmi dərindir, mütaliə ilə mi?
Fikrimcə, mütaliə daha çox düşünməyə vadar edir; altını çizdiyim tək bir sətir belə, bir mövzunu geniş bir şəkildə araşdırmaq üçün kifayət qədər ruhuma xitab edəbilir. Tək bir araşdırma milyonlarca düşüncəni məhkum edər zehnə. Və həmin düşüncələr, doğru istiqamət verər yaşam mübarizəmə.
Biraz mövzuya psixoloji baxımdan yanaşsaq, hər bir insan fərd olaraq dünyaya göz açsa da, zaman keçdikcə müxtəlif iradi, idrak prosesləri ilə şəxsiyyətə çevrilir. Bəli, bu olduqca, uzun, çətin və son nəfəsimizə qədər davam edəcək bir prosesdir.
Hər bir şəxsiyyət, temperamentindən asılı olaraq, müxtəlif düşüncə və emosionalara malik olur. Ki hər kəsin, eyni hadisələrə eyni reaksiya verməsi normal olmazdı elə deyilmi? Bəli, bu müxtəliflik daha çox düşüncə və hislərimizə yansıyır. Məhz ona görə də, heç kəs haqsız deyil əslində, çünki keçən dəfə söylədiyim kimi; hər kəs fərqli doğrularla nəfəs alır, yaşam mübarizəsində ‘silahı’ bambaşqa hisləridir.
Rastlaşdığımız və ya yaşadığımız bir an, ruhumuzu paramparça edəbiləcəyi kimi, bizi düşdüyümüz yerdən qaldıra, və yaşamaq üçün daha güclü ‘savaşcı’ edəbilər.
Önəmli olan, batindəki mənaya diqqət etməkdir. ‘Dan Ulduzu’muzda vurğulandığı kimi; batindəki məna əbədidir.
Tarix, unudulmazlıq, xoşbəxtlik, hüzün, sevgi, incəlik = Ç A Ğ R I •
Kitabda elə cümlələr var ki, bəzilərinin üzərinə günlərcə düşündüm. Romanın mövzusundan bəhs edib, həyəcanını qaçırmaq istəmirəm. Ona görə, istədim ki, biraz fərqli şərh olsun bu dəfə də. :)
Qeyd: Və Dan Ulduzu romanını da mütailə etməyinizi tövsiyə edirəm. Çünki inkişafdan əlavə, ruhumuzun ehtiyacıdır.
Ruhumuzun itirilmiş simvoluna Ç A Ğ R I - deyərdim
Papatya ruhlu, əziz müəllimim, ruhunuz var olsun!
Bəli, üçüncü romana tezliklə başlayabilərsiniz.
Ədəbiyyatla qalın, əziz 1000Kitap
ailəsi!