Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ah, bu necə ölkədir?! Sərbəst olmaq nə qədər çətin bir iş imiş!.. Görəsən, alışa biləcəyəmmi? Görəsən, azad ola biləcəyəmmi? Əvvəlcə bu iş necə asan gəlirdi! Sən demə, əsl çətinliklər sonra olacaqmış. İnsan ruhu tarixin elə izlərini yaşadır ki, adamı da məhz onlar əsirə çevirir. İndi bu izləri bircə-bircə silib-itirmək gərəkdir. Yalan söyləməmək, yalnız öz xeyrini güdməmək, qoçaq olmaq, haqqı qorumaq, qorxmamaq, doğru danışmaq... Nə ağır şərtlərdir! Vəzifə və güc sahibi olan şəxsin yanında necə qorxmayasan, necə doğru danışasan, nə cür yaltaqlıq etməyəsən axı. Həmin şəxsi görən kimi, adam öz ödünü udur, başı əsir, boynu öz-özünə əyilir və dili başlayır tərif yağdırmağa!..Heç yadımdan çıxmaz: bir tanışım vardı. Telefonla danışdığı zaman deyərdin, nazir onun yanındadır - rəngi qaçar, pencəyinin düymələrini bağlamağa başlar, sağ əlini, aşağı salar və üzünə gülümsər bir ifadə verərək əlaqəsiz sözlər kəkələyərdi: "Bəli, ağa! Sizin kimi böyüyün sayəsində... Günah kiçiklərdən, əfv böyüklərdən"... Sonra telefonu hiddətlə yerə atar, kürsüyə yayılar və nəfəs alaraq deyərdi: "Ah! Az qala öləcəkdim! Bu nə qəzəb, nə hiddət?! Dünən şəxsən onun özünə yazılı məlumat vermişdim. Həmin məlumatda onun tabeliyində olanların pis əməllərindən bəhs etmişdim. Yaman qəzəbləndi. Çox qəzəbləndi! Ancaq qədrimi bilsin, yatırdım hirsini! Oh, nə yatırdım!".Həmin tanışımızı o vaxt dolayardıq. Amma gerçəyə qalınca hamımız onun kimiydik. İndi iliyimizəcən işləmiş bu bəlaları necə qoparıb atacağıq?
·
92 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.