Gönderi

Mədinə Gülgün
Deyirdin baharda görüşərik biz, Bahar gəldi, getdi, sən gəlməz oldun. Daşlaramı dəydi sındı əhdimiz, Aylar gəldi, getdi sən gəlməz oldun. Dedin, durnalarla gələrəm mən də, Durnalar qayıtdı sən gəlməz oldun. Saraldı yarpaqlar çöldə, çəməndə, Payız fəsli çatdı sən gəlməz oldun.. Deyirdin qapına qonaram quş tək, Quşlar cəh-cəh vurdu,sən gəlməz oldun, Yaşamaq eşqiylə vəcdə gələrək Quşlar yuva qurdu sən gəlməz oldun. Dedin nəğmələrlə dönərəm geri, Min nəğmə ucaldı, sən gəlməz oldun. Tükəndi ömrümün bahar günləri, Könlüm sənsiz qaldı sən gəlməz oldun.
·
59 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.