Gönderi

Wulf Dorn "Psixiatr"
Wulf Dorn
Wulf Dorn
qələmindən olan
Psixiatr
Psixiatr
kitabı oxuyub bitirdiyim növbəti kitab oldu. Bu kitab Psixoloji Triller janrda yazılmışdır. Kitabın baş obrazı Ellen bir Psixoloqdur. Onun, kimliyi bilinməyən Qadın pasiyenti naməlum bir şəkildə yoxa çıxır və Ellen həmin adsız Qadını axtarmağa gedir. O Qadın hər zaman qorxu içində küncə sığılır və hər zaman Qara Adamın onun ardınca gələcəyini deyir. Ellen bu axtarışda şok hadisələr yaşayır. Belə ki, onun əslində əsl kimliyi Lara olur. Lara az yaşlı olduğu zaman meşədə rəfiqəsi Nikol ilə oynayır və köhnə bir xarabalıqda qapalı qalır. Cinlər orada ona qorxunc fikirlər vəsvəsə edirlər və ona qorxunc illüziyalar göstərirlər. Onu oradan Qara Adam xilas edir və Lara Qara adam tərəfindən cinsi istismara məruz qalır. Bu zaman o şok yaşayır. Beləliklə, beyni onun Lara kimliyini gizləyir və ona yeni bir kimlik, Ellen kimliyi verir. Yeni ad, yeni Soyad. Tamami ilə fərqli bir Şəxs. Bu Əzəmətli Yaradanın İnsan beyninə bir Rəhmət olaraq Bəxşidir ki, İnsan ən pis vəziyyətdən sonra özünü məhv etməsin, fərqli bir Şəxs olaraq həyata yenidən başlasın. Lakin Cinlər Əzəmətli Yaradanın bu Rəhmini, ən qorxunc şəkildə yaşadırlar Ellenə. Onun qarşısına köhnə, qorxunc xatirələri qaytaracaq, tətikləyici hadisələr, şəraitlər çıxarırlar. Beləliklə, o Qara Adam geri qayıdır, beyin isə var-gücü ilə Laranı gizləyir. Özünü qorumaq üçün o artıq bir dəfə öldürdüyü Qara Adamı öldürmək istəyir, istəmədən Sevgilisi və həmkarı Krissi öldürür, meşədə qoca bir Kişini bıçaqlayır və onu ölümcül vəziyyətə salır. Ancaq Cinlərin Qara Adam illüziyaları ondan hələ də əl çəkmir. Bu axtarışda, Elleni sevən Mark ona kömək edir. Mark bir Psixoloq olaraq Sevdiyi Qadının, Ellenin şübhələrinin izinə düşür. Mark adsız Qadını tapır, bu Lara idi. Ancaq artıq gecdir və Ellen öz işlədiyi Dəlixanada bir pasiyentə çevrilir. Cinlər qalib gəlir. Marka isə, Ellenin onun dodağından qısa öpüşü bir xatirə olaraq qalır. Nikol Marka hər şeyi danışır. Nikolun danışdıqları Markı çökdürür. Cinləri görməməzlikdən gəlməyin! #psixoloq #psixiatr #psixi #psixiatriya #sizofreniya #şizofreniya #wulfdorn #teaspress #yay #cin #cinler #cinleralemi #i̇ntihar #dəli #deli #delixana #pasiyent #kitab
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.