Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Docendo discimus". Azərbaycan Dillər Universitetinin məşhur şüarı. Kim tapıbsa vaxtında həmin insanı alqışlamaq lazımdır, çünki dünyaya daha geniş aspektdən baxmaq üçün dil öyrənmək çox vacibdir ki, dil öyrədilən və ya tələbələrdə bamıya məlum dillərə (məsələn, İngilis və rus) dair bilikləri dərinləşdirən universitetin belə bir şüarının olması çox mükəmməl ideyadır. İngilis dilini 10 il ərzində 5lə oxumuş biri kimi universitetə qəbul imtahanı üçün repititor yanına məşğələlərə gedəndən sonra əslində heç nə, sadəcə A2 səviyyədə söz bazası bildiyimi anladığım gündən sonra 1 il ərzində 10 ildə öyrəndiyimdən dəfələrlə çox öyrənmiş, 4 il universitet oxumuş, hazırlıqda əldə etdiyim həmin dərin biliyi çox çox çox çox daha mükəmməlləşdirməyə nail oldum. Bunları yalnız öz özümə oxuyaraq etsəm (self-study) və dil öyrənərkən heç kimlə əlaqə qurmasaydım yəqin ki, indi bu qədər irəliləyə bilməzdim. Bununla yanaşı, 3cü kursdan başlayaraq aşağı sinif məktəb şagirdlərinə İngilis dilini öyrədərkən yenə də hədsiz çox məqamı bilmədiyimi kəşf etmiş və onlarla birlikdə həmin xırdalıqlara yiyələnmişəm. Bu cəhətdən, İlber Ortaylının "təhsil alarkən qrup şəklində, cəmiyyətin digər üzvləri ilə birgə öyrənilən dərslərin çox daha effektiv olmasına" dair fikrinə sonuna qədər qatılıram. Belə olduqda, həm özümüz öyrənir, həm başqalarına öyrədir, həm də fərqli insanlarla ünsiyyətə girərək onların dünyagörüşündən faydalanır, yenə də özümüz öyrənirik.
nalkan

nalkan

@lkan
·
21 Şubat 2023 12:07
. "Öğreten öğrenir." .
Sayfa 181 - Kronik Kitap, 2022Kitabı okudu
·
23 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.