Gönderi

#olarsəniqucaqlayım?
Gedirsən, məni də apar, Gəlim saçını darayım. Bir də nə vaxt əlim çatar? Olar səni qucaqlayım? Oturum səninlə bir az, Gələcəyi varaqlayım. Fonda bir bayatı-şiraz, Olar səni qucaqlayım? Sən gülümsə, heçnə demə, Mən öz halıma ağlayım. Heç nəyi soruşma, bilmə Olar səni qucaqlayım? Dönə-dönə, dəfə-fəfə, Öz-özümü aşağlayım. Heç olmasa bircə dəfə Olar səni qucaqlayım? Bilirsən bu nə ağrıdır? Kimə necə bel bağlayım? Bəlkə dünyanın axırıdır, Olar səni qucaqlayım? Səni hamıdan saxladım. Hər gün belə sabahladım. Özümü çox qucaqladım, Olar səni qucaqlayım? ~Raqif Raufoğlu~
··
32 görüntüleme
Xanım İsmayılova okurunun profil resmi
Özüm də bilmirəm niyə, bu şeiri oxuyarkən qeyri-ixtiyari bir şəkildə gözlərim dolurr)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.