Gönderi

Süfyaninin öz hərəkatını Dəməşqin kənarından - Suriya-İordaniya sərhədlərində yerləşən Dir'a, yaxud Hovran məntəqəsindən başlaması ilə əlaqədar rəvayətlər eynidir. Əlbəttə, rəvayətlərdə onun xaric olduğu yer Yabis və Əsvəd vadisi (quru və qara dərə) adlandırılır. Həzrət Əli(ə.s.)-in belə buyurduğu nəql olunur: "Cigər yeyən Hindin oğlu Yabis çölündən xaric olacaq. O, qadd-qamətlidir, qorxunc üzü, yekə başı vardır, üzündə xora xəstəliyinin izləri görünür. Onun sifətinə baxdığın zaman bir gözlü nəzərə çarpır. Adı Osman, atasının adı isə Ənbəsədir (Üyeynə) -Əbu Süfyanın övladlarındandır. Nəhayət o, Qərar və Main adlı (sulu, təravətli bir yerdir) çatar, sonra oranın minbərinə çıxar. Əlbəttə, Qur'anda qeyd olunan “Zatu qərarin məin” ölkəsi Dəməşq kimi təfsir olunmuşdur. "Biharul-Ənvar" 52-ci cild, səh.205
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.