Gönderi

512 syf.
10/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
Oxuduğum ən mükəmməl kitablardan biridir. Fantastik roman heç oxumamışdım bu ilk oldu. Və əgər bütün fantastik romanlar bu qədər mükəmməldirsə bundan sonra davamlı oxuyacam. Kitab o qədər mükəmməl idi ki, tez bitməsin deyə az-az oxuyurdum,amma hər gözəl şey kimi buda bitdi. Davamı olacaqmış dörd gözlə gözləyəcəm. Kitabda bəhs edir; Bu hissədə Gümüş pençe və Marlar cadılara qarşı mübarizə aparırlar. Və hər kəsin özünün fərqinə vardığı bir hissə oldu. Yarenin "günəş leydisi",İbrahimin "zamanın hökümdarı" olması və daha nələr,nələr. Əsasən bu hissədə hər kəs gücünün daha irəlisini kəşf edərək bir mübarizəyə hazırlaşırlar. Ən maraqlısıda Mahinevin qardaşı olan Miraçın Vartaya gəlməsi və onunda bir doğa üstü olmasıdır. Kitabda Miraça daha çox səhnə verilməsini istəyərdim. Onun öz gücünün daha çox fərqinə varmasını və biraz ön plana atılmasını,amma düşünürəm ki, digər kitabda bu ola bilər. Son bölüm isə o qədər maraqlı və həyacanlı idi ki, gözlərimi biran belə kitabdan çəkə bilmədim..
İçinde Bir Sen Yehmum
İçinde Bir Sen YehmumBinnur Nigiz · Dokuz Yayınları · 2022577 okunma
·
57 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.