Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

448 syf.
10/10 puan verdi
·
52 günde okudu
Çərpələng Uçuran
Çərpələng Uçuran
Çərpələng Uçuran
#
Khaled Hosseini
Khaled Hosseini
Səndən ötrü min yol..." Bu kitab vasitəsi ilə həyatın bir növ bumeranq olduğunu xatırlayırıq. Bəzən hətta uşaq ikən etdiyimiz səhvlərin üzərindən illər keçsə belə biz onları unutmuruq, davamlı şəkildə vicdan əzabı çəkirik.Zaman keçir, bəzən bu səhvləri öz qəlbimizdən silmək üçün Allah bizə yol göstərir, şans verir. Amma bu şansı əldə etmək üçün keçmişimizdə qarşımızdakı insana verdiyimiz əziyyət qədər bəlkə də daha çox əziyyət çəkirik. Buna məhz bu kitabda ki Əmirin Söhrabı dilə tutması və uzun müddət sonra onun heç bir məna ifadə etməyən üzündə bir gülüşü görməsini nümunə göstərə bilərik. Eyni zamanda kitab bizə ədalətsiz və yalançı dünyada hələdə bir yerlərdə bəzi insanların qəlbində qarşılıqsız olsa belə sevginin olduğunu göstərir. Kitab axıcı dildə , insanlara həyat dərsi vermək üçün yazılmışdır. Hadisələrin sürətlə inkişafı və sonlara yaxın baş qəhrəmanın bəzi gerçəklərlə üzləşməsi kitabı daha yadda qalan edir.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011165,3bin okunma
·
77 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.