Gönderi

Aysel Xanlarqızı ~ Cavabsız dua
Dərdimi göylərə min ümid ilə, Yolladım, üstümə qayıtdı duam. Bəxtim nəfəsimə qarğış edəndən, Daha ciyərimə dolmayır hava. Allaha yüksələn ahlarım kimi, Cavabsız dualar düşdü başıma. Hər gün öz ritmində rəqs edən qəlbim, İtirib ritmini susdu qarşımda. Həsrətin köhnələn rəsmin sinəmdə, Götürüb çəkdilər kardioqramla. Damardan çəkilən qan incələndi, Demə qarışmısan canıma qanla. İndi boğazımda düyün düşmüsən, Kimsə anlamadı, "troid" dedi. Tarıma çəkilən sinirlərimi, Həkim "sənsizlik" yox, xəstəlik bildi. Canımda ağrıyan bax bu ayrılıq, Mənim xəstəliyim, dərdlə savaşım. Səni dərman kimi versələr mənə, Ağrımaz ruhum da, nəinki başım. Kədər göyərdikcə gözümün altda, Əlimdə reseptlər qalaqlandı, bax. Mən necə anlatım, bil, diaqnozum,- "Acı qismətsizlik, həsrətdir", Allah. ✍🏻
·
152 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.