Gönderi

Bir divanda oturub boş-boş divara baxdığımız an beynimizdan etmək istədiyimiz şeyləri keçirərik. Birinə demək istədiyimiz sözləri öz-özümüzə deyərik, bəzi hissələrində hətta düzəlişlər belə edərik. Amma gedib həmin insana deməyə cəsarət göstərmərik və bəzən də "Sabah gedib deyərəm", deyə içimizdə yığıb saxladığımız cümlələri bu gündən, sabaha, sabahdan o biri günə və bu şəkildə sonsuzluğa sürükləyərik. Qucaqlamaq istədiyimiz insanları gözümüzün önündə gördüyümüz üçün "Onsuz da, burdadır, nəyə gərək bu qədər sevgi göstərişi", deyib, hisslərimizdən qaçırıq. Qaçırıq, elə sanırıq ki, bu gün yuxudan ayılıb, günəş işığına baxa biliriksə, bu hər zaman bu şəkildə davam edəcək. Təkrarlanacaq, hər gün günəş təkrar-təkrar bizim pəncərəmizin önündə doğacaq. Amma bilmirik ki, bir gün onun şüası ya bizim pəncərəmizi, ya da hisslərimizi boğub qaçdığımız insanların pəncərələrini isitməyəcək. Bir gün məğlub olduğumuzu dərk edəcəyik, amma o zaman gec olacağını da hər kəsdən yaxşı bilirik. Bildiyimiz halda qaçırıq. Kimdən? Kimdən olacaq özümüzdən, hisslərimizdən. Biz bu həyatda ən böyük pisliyi elə özümüzə edirik. Elə özümüz özümüzü məhv edirik. Hər şeyin zamanının gələcəyini gözləyirik, amma zaman bizi gözləmir. Bizim istəklərimizi, planlarımızı, duyğularımızı səliqəyə salmağımızı gözləmir. Zaman bizə zaman tanımır.
Sayfa 162 - Mücrü NəşriyyatKitabı okudu
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.