Gönderi

152 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Kitabın süjeti cənab Cons adlı bir şəxsə məxsus olan Malikanə Fermasında cərəyan edir. Bu fermada yaşayan heyvanlar onlara zülm edən insanlara qarşı üsyan edir və hakimiyyətə gəlib daha bərabərlikçi bir nizam yaradır. Lakin hiyləgər olan və liderliyə can atan donuzlar tezliklə bu dəyişikliyi öz yolundan və məqsədindən yayındırırlar. Təəssüf ki, insanların idarəçiliyindən daha zülmkar və qəddar bir diktatura qururlar. “Heyvanlar ferması” əsərini oxuduğunuz zaman əvvəlcə “Bütün heyvanlar bərabərdir” deyən hökmdarlar qorxunun tüğyan etdiyi bir nizam yaradırlar, sonra isə bu şüar “Bütün heyvanlar bərabərdir. Lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdir" şəklində dəyişdirilir. Bu isə hüquq və azadlıqların ləğv edildiyi cəmiyyətdə imtiyazlı təbəqəyə işarədir. Kitabdakı yeddi müqəddəs qaydanın zamanla dəyişməsi onu göstərir ki, vəzifə tutanlar güc zəhəri ilə hətta müqəddəslərə də toxuna bilirlər. Müəllif öz uzaqgörənliyi ilə yüz illər öncə bugünü və bugünkü sistemləri tənqid edir. Oruell öz uzaqgörənliyi ilə diktatura idarəçiliyini, pozğun nizamı, bərabərsizliyi, ədalətsizliyi, ayrı-seçkiliyi və istismarı açıq şəkildə ortaya qoyur. Corc Oruell hər hansı bir sistemin, idarənin, hökmdarın qanunu, hüququ və ədaləti tərk etdikdə necə fəlakətə və qaranlığa sürüklənəcəyini və bunların nəticələrini təsvir edir. Bu gün olduğu kimi mütləq inancla kor-koranə, sorğu-sualsız itaət edən qoyunlar oxucunu dəli edir. Donuzların ədalətsizliyi, əmək oğurluğu, avtoritarizmi, itlərin aqressiyası oxucunu daha da hiddətləndirir. Kitab sanki əvvəlki əsrlərdəki avtoritar rejimləri təsvir etməklə, bu günümüzə və bu gündən sonrakı dövrlərə səslənir. Heyvan fermasının açarı kitabın son səhnəsində görünür. Bir zülm forması digəri ilə əvəz olunur. Keçmiş heyvan ağaları, qonşu fermalarda yaşayan insanlar və yeni ağalar olan donuzlar Fermada ziyafət süfrəsi ətrafında toplaşıb şərəfə qədəh qaldırırlar. Üzlərini şüşəyə söykəyib içəridə baş verənləri dəhşət içində seyr edən heyvanlar içəridəkilərin simasında qəribə nəsə hiss edirlər. Onlar insanla donuzları ayırd edə bilmirlər. Bu romanda heyvanlar son dərəcə nifrətlə və donuzların sözləri ilə düşmən bildikləri insanlara diqqət yetirərkən, ətraflarında baş verənləri görə bilmir və nəticədə məyus olurlar. Onlar həqiqəti anlayanda artıq gec olur...
Hayvan Çiftliği
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2020249bin okunma
·
73 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.