Gönderi

"Sənsiz yaşamaram,ölərəm" demə! Sən mənə əlinlə qıyan adamsan! "Pis gündə yanında olaram" demə! Sən məni pis günə qoyan adamsan! Sən indi hamıdan dandığın eşqdən, Guya ki,oduna yandığın eşqdən Əbədi,ömürlük sandığın eşqdən Uzağı bir ilə doyan adamsan! Əllərin başına döyür bəlkə də, Daş qəlbin səsimi duyur bəlkə də, Şeytan özü sənə uyur bəlkə də, Demirəm şeytana uyan adamsan!
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.