Gönderi

534 syf.
6/10 puan verdi
·
29 günde okudu
Hərkəsə salam! Bugün gecdə Louis-Ferdinand Céline'in “Gecenin Sonuna Yolculuk” adlı romanını təhlil edəcəyəm.Əsər 1932-ci ildə fransızca nəşr olunmuşdur.Kitab baş qəhrəman Ferdinand Bardamun-un gözündən bir hekayə təqdim edir.Bardamunun təcrübələri 1-ci Dünya müharibısində Parisdən başlayaraq Afrika,Amerika qitələrinə və təzədən Parisə qayıtmaqla orada davam edir.Romanın movzularına müharibədən sonra ümidsizlik,inamsızlıq,insanların yozlaşması daxildir. Mənim təhlilimə gəlicə açıqcası əsəri o qədər də bəyənmədim.Bir ara yarımçıqda saxlamaq istədim.Bəlkədə gözləntimi yüksək tutmağımdan aslı ola bilər..Amma bir tərəfdəndə mənim fikrimcə öncəlik baş qəhrəmana verilən həkayələr 150-160 səhifəni keçməməlidir.Misal olaraq Yu Huanın “Yaşamak”,Cengiz Aytmatovun “Toprak Ana” kimi əsərləri göstərmək olar.Demirəm tam eynidir.Amma bu əsəri oxuyarkən onu hiss elədim.Çünki düz yazı kimi fikirləsirəm mən bu əsərləri demirəmki pisi sadəcə müəyyən bir yerə qədər aparır adamı.Bu sadəcə mənim fikirlərimdi. Baş qəhrəmanın anti-qəhrəman rolunda olan əsərlər oxusam belə bu əsərdə tam elə bil yerinə oturub.Yazıçı bununla bir insanın içində olan basdırılmış hissləri, düşüncələri bizə Bardamunun gözündən göstərir.Həqiqətəndə bəzən bəlkə də çox vaxt düşüncələrimizlə hərəkətlərimiz uyuşmur.Və ya hansısa eylemi edərkən çöldən yaxşı qarşılansada onu hansı niyətlə deyək elədiyimizi özümüzdən başqada heç kim bilmir. Əsər haqqında başqa deyəcək bir sözüm yoxdu.Hərf səhvlərinə görə,qrammatik səhvlərə görə üzürlü sayın.Xoş mütailələr!
Gecenin Sonuna Yolculuk
Gecenin Sonuna YolculukLouis Ferdinand Celine · Yapı Kredi Yayınları · 20224,123 okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.