Gönderi

285 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Qarmaqarışıq
Qarmaqarışıq
Nəimi
Nəimi
İlk öncə onu deyim ki, əsərə və gənc müəllifə hər hansı ön yargı olmadan başladım bəlkə də bunun nəticəsidir ki, normalda həssaslığıma görə buraxa biləcəyim bir şeyi sıxılmadan davam etdirib bitirdim. Bunda digər oxucuların qeyd etdiyi kimi sadə dil, maraqlı süjet xətti və axıcılığın da böyük rolu var. Əsərdə hadisələrin fonunda, fasilələrlə, hadisənin gedişatına xələl gətirmədən müəllifin həyatın istənilən sahəsinə aid incə bir mesaj kimi verdiyi həyat, əxlaq dərsləri var, hamının insan kimi nümunə götürməsi gərəkən dərslər. Təkcə müasirlik baxımından yox, eyni zamanda yazıçının dini və əxlaqi fikirləri də ayrı təqdirəlayiqdi.Məni ən çox təəccübləndirən və sevindirən isə yazıçının vizyonu və həyata baxış aspektidir ki, bunu əsərdə baş verən əhvalatların arasında çox dəqiq və professional ifadə edib. Belə şeylərə diqqət yetirən biri olaraq deyə bilərəm ki, sonuncu dəfə bu müdrikliyi Hikmet Anıl Öztekin- nin kitablarında hiss etmişdim.(Bəziləri onu və kitablarını sevməsə də mənim üçün dəyərli bir insan və yazıçıdır) Hər bir alıntını sevə-sevə paylaşmışam amma paylaşanda ən çox sevdiyim hissə müəllifin qadın gücünü və azadlığını əsərə daxil edib bunu möhtəşəm ifadə etməsidir (kiçik bir hissədə ifadə edilsə də mənası dərindir)və digər alıntılara nisbətdə daha çox bəyənildiyini və marağa səbəb olduğunu görmək ayrı bir qürurdu cəmiyyətimizin inkişafı adına.Ayrıca əsərdə bizim millətdə dərinləşmiş, yersiz mental düşüncələrə konkret şəkildə çox gözəl istehza xarakterli mesajlar var və Azərbaycan gəncliyi, onun indi də aktual olan problemləri dəqiq və aydın təsvir edilib. Sonda sizə təşəkkür edirəm həm belə bir kitabı yazdığınıza,həm də pdf halında bizimlə paylaşdığınıza görə. İlk alıntını paylaşanda Hikmet Anıldan olsun istəmişdim, ilk incələməmi də bu kitabla paylaşmaq qürurdu mənim üçün. Qələminizə sağlıq, davamını və digər kitablarınızı görmək diləyilə...
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024115 okunma
··
338 görüntüleme
Nəimi okurunun profil resmi
Aşılamağa çalışdığım fikirləri görməyiniz çox sevindirdi məni. Hər incələməyə yazdığım təşəkkür rəyində bunu bildirirəm. Məqsədim, hətta məqsədimiz(
Asəf Hüseynov
Asəf Hüseynov
Hərbistan
Hərbistan
) düzgün getməyən bəzi məsələlərə münasibət bildirmək və mümkünsə az da olsa bir qisim kütlənin düşüncəsini dəyişmək idi. Son olaraq belə gözəl incələmə üçün minnətdaram, dəyərli vaxtınızdan ayırıb kitabı oxuduğunuz üçün təşəkkürlər.🙏
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.