Gönderi

O məni sən öldürdün, Bu məni mən yaratdım. Allah deyiləm, ancaq, Səni anlamaq üçün, Bir ayrı din yaratdım. Sən çiçək istəyəndə, Baxışıma gül əkdim, Gözümü yaz eylədim. Dilin, ağzın yananda, Bu qaynar dodağımı Səninçün buz eylədim, Üşüyəndə közərib, Dünyana Gün yaratdım. Mən niyə beləyəm ki, Bir "sevirəm" sözünə, Dilim lal oldu, amma, Bir "əlvida" sözünə, Bir kitab sən yaratdım. (Valeh Qoca- "Bir kitab sən".)
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.