Gönderi

İşıqlı dünyanı tərk etdinsə də, tərk etməz şəfəqin nuru qəlbi. Taleyin arzularıntək həşəmətli, ruhun nəcib, nəğmələrin əzəmətliydi fərəhli gündə də, qəmli gündə də. Gəlmişdin dünyaya səadətçün, susdu xoş ilhamlı ömrün səsi. Susdusa da, səslər, duyulur uzaqlardan xəyalların ilıq nəfəsi. Öz gəncliyini özü məhv edən üçün boşdur lazımsız şeylər. Hanı o səndəki könül riqqəti, hanı o məğrur baxışlar, hanı o xoş sözlər? İstedadı cilovlamaq mümkün, ram etmək imkansız. Haradadır, sirri sənə məlum sözlər, qıfılı açılmamış kəlmələr? Yoxmu imdadına çatan, yar? Can atdım, qədərin qurduğu hər tora. Nifrət duydum, qərinələrin hökmünə. Cəsarətin gücü ilə fırtınalar qarşısında əyilmədin. Kim müvəffəq ola biləcək? Yenə taleyim susur, qatı dumanlar içində… Qəm-kədərin əydiyi bükük boyunlar qalxarmı heç? Danışan vicdan susar da, susmağa öyrənmiş vicdan səsi danışarmı heç? Xoşbəxtlik şansını itirmiş bir ömür, yaşanmağa dəyərmi heç?
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.