Sabahattin Ali'nin Kürk Mantolu Madonna, Kuyucaklı Yusuf və İçimizdeki Şeytan kitablarını oxuduqdan sonra ümumi təhlil yazmaq qərarına gəldim.. Həm çalışacağam ki, kitablarını, obrazlarını müqayisə edim, həm də yazarın həyatı ilə bağlı olduğunu düşündüyüm yerləri bacardığım qədər sizinlə də bölüşüm.
Danışmağa Raif əfəndidən başlayıram..( Kürk Mantolu Madonna )
Sadəlövh, sakit təbiətli, mütaliə etməyi sevən, susmağı üstün tutan, qapalı bir obrazdır. Kitabda da söylədiyi kimi, "Real həyatdan çox, xəyallar dünyasında yaşayan sakit təbiətli bir uşaq idim.."(səh.63)
Raif öz doğmaları ilə yaşayan bir yad idi. Özü bunu belə izah edirdi; "Çünki mühitimdən uzaq düşməyimin, qəribəliyimin bir səbəbi də kitablardan tanıyıb öyrəndiyim insanları ətrafımda tapa bilməməyim deyildimi?". Sadəcə, bu cümləsi yetir ki, Raifi az da olsa anlaya bilək. Səbahəddin Əlinin Alman dili müəllimi olması, təhsil alması üçün 1 illik Almaniyaya getməsi, Rus və Alman ədəbiyyatını çox sevməsi də Raif'lə uzlaşır. Kitabda belə bir cümlə var idi.."Rus yazıçıları mənə daha çox təsir bağışlayırdı. Ivan Turgenyev'in romanlarını ikinci dəfə və son səhifələrinə qədər oxuduğum hallar da olurdu."(səh.72). Hətta Səbahəddin Əlinin çox xarakteri Raif'lə üst-üstə düşür. Xüsusilə də, qapalı,sadəlövh və təvazökar olması. Düşünürəm ki, Raif obrazını təsvir edərkən daha çox özündən ilham almışdı. Eyni vəziyyəti biz Kuyucaklı Yusuf kitabında da görə bilərik, amma bu dəfə özünü yox.. Ailəsini..
Səbahəddin Əlinin anası ilə münasibətləri yaxşı olmayıb və atasını daha erkən itirib. Müharibə zamanı Edremite köçmüşlər və s. Sizə də Kuyucaklı Yusuf'u xatırladır? Nə təsadüf, orada da Yusifin də atasının adı Səlahəddin idi. Atasının xanımı olan Şahindəni təsvir edərkən isə öz anasını təsvir etməyə çalışmışdır. Anasını sevmədiyi kimi, kitabdakı Şahinde obrazını da oxucu sevmir. İlk romanı olduğunu üçün