"Kuyucaklı Yusuf" müəllifin ilk romanı olsa da, hamımız Kürk mantolu Madonna ilə daha çox tanıyırıq Sabahattin Ali'ni. Bu müəllifdən oxuduğum ikinci kitabdır. Yaşadığı dövrün xüsusiyyətlərini, problemlərini, ziddiyyətlərini əsərlərində peşəkarlıqla nümayiş etdirən yazarlardan biridir Sabahattin Ali.
Roman Yusuf'un ailəsinin qətl edilməsi ilə başlayır. Cinayətin araşdırılması üçün göndərilən şəxslərdən bir də Kaymakam Selahattin bey'dir və Yusuf'u orda yalnız buraxmayıb övladlıq götürür. Beləliklə, Yusuf kənddən şəhərə köçür və Kaymakamın ailəsi ilə yaşamağa başlayır. Yusuf'un yaşadığı travmanın təsiri digər insanlarla münasibətdə də özünü göstərir. Hara gedirsə getsin, heç bir yerə aid hiss edə bilmir özünü. Onu bu həyata bağlayan yeganə şey ögey bacısı Muazzez'ə qarşı hiss etdiyi sevgidir.
Romanın sonunu heç belə düşünməmişdim, uzun müddət təsirindən çıxa bilməyəcəyim və hiss etdirdiklərini unutmağayacağım bir əsər oldu.