Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

74 syf.
9/10 puan verdi
·
25 saatte okudu
Hər məqamda oxuna bilən çərəzlik kitablar #2
Yəqin ki, Franz Kafka'nın Çevrilmə əsərində söhbətin nədən getdiyini çoxunuz bilirsiniz. Bilməyənlər üçün isə qısa bir məlumat verim: Əsərin baş qəhrəmanı Gregor Samsa bir səhər oyanır və görür ki, böcəyə çevrilib. Gregor hələ çevrilməmişdən əvvəl ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaq vəzifəsini öz öhdəliyinə götürmüşdü. Yəni, işi Gregor üçün təbii olaraq vacib bir ünsür idi. Buna görə də oyanar-oyanmaz ilk olaraq işə gec qalması barəsində gileylənməsini normal qəbul edə bilərik. Lakin Gregor nə qədər çalışsa da ailəsi üçün sadəcə gəlir mənbəyindən başqa rol oynaya bilmir. O, nə qədər çox cəhd eləsə də, ailəsi tərəfindən o qədər də qiymətləndirilmir. Əslində əsərdə kapitalist sistem və sistem tərəfindən əsarət altına alınmış, müəyyən öhdəliklərlə məcburiyyətləndirilmiş insan həyatı təsvir olunur. Yəqin ki, oxuyucular arasında mənim kimi "Niyə başqa canlı deyil də məhz böcək?!" deyə düşünənlər də olmuşdur. Zənnimcə qəhrəman böcəyin necə pis, murdar və sevilməyən bir məxluq olduğu nəzərə alınaraq qələmə alınıb. Qısacası, böcəyə çevrilməsi ilə onun cəmiyyət içindəki mövqeyi vurğulanıb. Kitabda məni təəccübləndirən ən maraqlı məqamlardan biri isə Gregor'un olanlara necə soyuqqanlı yanaşması idi. Bu oxuduğum ilk
Franz Kafka
Franz Kafka
kitabı olduğu üçün fərqinə varmamışdım amma daha sonra üzərində düşündükcə fərqinə vardım ki, personajın bu dərəcə soyuqqanlı təsir bağışlama səbəbi elə yazarın özü və yazma tərzidir. Bu sayədə kitabı oxuyarkən baş verən hadisələrə Franz Kafka'nın yaradıcı və sürrealist baxış bucağıyla baxmış oldum. Ümumilikdə isə nəticə olaraq deyə bilərəm ki, insanların statusu onların həqiqi dəyərlərini göstərməsə də, cəmiyyət tərəfindən belə qəbul görür və əfsuslar olsun ki, görməyə də davam edəcək. Təkcə Gregor yox, elə biz özümüz də cəmiyyətin təsirilə müəyyən metamorfozlara məruz qalmış insanlarıq. Qeyd: Çox spoyler vermədən yazmağa çalışdım. Ümidvaram ki, alınıb. Oxumağa dəyər və maraqlıdır. Oxuma vərdişini bərpa etmək üçün yaxşı bir kitab seçimi idi. Tövsiyə edirəm :)
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022224bin okunma
·
301 görüntüleme
Fatimə Təhməzova okurunun profil resmi
Gözəl incələmisiniz,ancaq ətrafımdakı insanlar Kafkanın kitablarının sıxıcı və çox depressif olduğunu deyib.Məhkəmə kitabı qalıb,bilmirəm, oxuyum,yoxsa yox🫠
Zeyneb Gozalova okurunun profil resmi
Qaramsar və depressif üslubu olduğu doğrudur. Amma qeyd etdiyim kimi sadəcə bu kitabını oxumuşam deyə onun haqqında məlumatım yoxdu təəssüf ki. Nə qədər depressif olsa da məncə şans verməlisiniz, həyatın reallıqlarından həmişə qaçmaq da olmaz ki 😊 Amma hər kitabın öz oxuma vaxtı olduğu fikrinə də qatılıram mən, əgər sıxıcı gəlsə sonraya ertələyə bilərsiniz
1 sonraki yanıtı göster
Ramazanlı Fidan okurunun profil resmi
Oxumamışam. Amma maraqlı gəldi. Nəsib olsa oxuyaram...
Ülkər. okurunun profil resmi
Atama məktub kitabı da çox yaxşıdır.
Zeyneb Gozalova okurunun profil resmi
Onu da oxumağı düşünürəm. Tövsiyə üçün təşəkkür 😊
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.