Gönderi

GƏLƏRDİ Bəxtimin yoluna çıxardı bir qız, Yatmış duyğularım dinib gələrdi! Gecə ay düşəndə ağ cığırlara Güllərin dalına sinib gələrdi. Yayda yaylayardıq xoş xəyal kimi, Binələr qalardı qoşa xal kimi. Günəşdən ayrılan qızıl şal kimi, Dağların başına dönüb gələrdi. Görünsə gözümə hünərdi, bir gün, Bir gün alışardı, sönərdi bir gün. Ceyran balasına dönərdi bir gün, Bir gün "cin" atına minib gələrdi. Keçərdi məhəbbat sahillərindən, Ömrümün, günümün ilk illərindən. Bəxtinin sevgili fəsillərindən, - Sallana-sallana enib gələrdi. Kim görüb beləcə canlı sərgini?! Sabaha çağrışdı onun hər günü. Qonşu qeybətini, qardaş ərkini - Ana danlağını yenib gələrdi. Sevdalı günlərin ötüb yanından, Keçərdi gözlərin imtahanından, Sıyrılıb çıxanda yaz dumanından, Mərmər bir heykələ dönüb gələrdi. Ömrünün sevilən çağları vardı, Bildikmi bu axar heç nə axardı?! Dağda dağ selləri qaya yıxardı, Arana səngiyib, senib gələrdi. • Məmməd İsmayıl - 1974
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.