10/10
·264 syf.··
2023 11. kitabı
·
6 günde okudu
·
Okunma: 18 Eylül 2023 00:43
1 ildən çox idi ki, bu kitabı oxumaq istəyirdim. Sonluğunda ağladığım kitablardan biri oldu. Əhməd Cavadın xanımı Şükriyyənin ALJİR-də başına gələnləri bu qədər təsəvvür etmirdim. Onun timsalında repressiya qurbanlarının nə yaşadıqlarını da öyrənmək mümkündür. Cümhuriyyətimizin qurulması, Azərbaycanın görkəmli mütəfəkkirlərinin birgə dialoqları insana qəribə hissləri bəxş edirdi. Çox ağrılı və dəhşətlidir. Bilmirsən ki, günahsız olmalarına, ya yarımçıq qalan həyatlarına üzüləsən. O illər necə də dəhşətli olub. Necə qıya biliblər ziyalılarımıza. Üstəlik bunu edən həmyerlilərimiz idi. Əhməd Cavadın və onun qələm yoldaşlarının xalqı oyatmaq üçün çabaları axırda özlərini kül etdi. Lakin heç birimiz o əməlləri, o qurbanları unutmadıq. Şükriyyə Taleyim Ülviyyə Tahir
Hayata Dair
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021216 okunma
·
92 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.