Kimdir ölülər?..#MirzəCəliləsəyahət
8/10
·96 syf.··
Beğendi
·
2023 61. kitabı
Bismillah. Celil Memmedguluzade Ölülər Deməəək,bu əsər Azərbaycan realizm ədəbiyyatının parlaq nümayəndəsi olan Mirzə Cəlilin dram əsəridir." Molla Nəsrəddin jurnalı"nın banisi,kəskin tənqid dil üslubu,incə mətnaltı mənaların yer aldığı əsərləri ilə seçilən Məmmədquluzadə bu əsərində Az.da cahiliyyət dövrünə, insanların din adı altında xurafatları necə mənimsədiklərinə və düşünmədən hər şeyə inanmalarına,uşaq yaşlı qızların evləndirilməsinə toxunur. Əsərin dili yerli xalqın danışıq tərzilə yazılıb,ona görə də çox sadə və rahatdır,məzmunu isə günümüzdə də aktual olan məsələlərlə sıx əlaqəli olduğu üçün oxuyucuya həzz verir. Mirzənin "Ölülər" əsərini Üzeyir Hacıbəyov: ""Ölülər” əsəri də “Molla Nəsrəddin” kimi baltanı dibindən vurur” kimi qiymətləndirmişdir. Sadəcə qeyd olaraq Cəlil Məmmədquluzadənin qadınların açılmasını bu qədər istəməsi mənə özünün dediyi bir sözü tez-tez xatırladırdı: "Şərq qadını çarşabını çıxaranda müasirləşdik deyib papağımı göyə atdım. O gün bu gündür, papağımı tapa bilmirəm" Amma təbii ki,Mirzənin bunu deyib-demədiyi tam dəqiq deyil.Hətta Mirzəyə xitabən Əlisa Nicatın bu sözü qeyd etdiyi üzrə iradlar da vardır. Əsər həyatda olmuş hadisədən götürülmüşdür,əvvəllər İrəvanda belə bir hadisənin baş verməsi, Kefli İsgəndər obrazının həyatdakı bir surətdən,pyesdəki camaatın isə Naxçıvan əhalisindən götürülməsi haqqında xanımı Həmidə xanım Cavanşir qeyd etmişdir. 𝑺𝒑𝒐𝒊𝒍𝒆𝒆𝒓 Əsərin məzmunu: Bir gün İsgəndərin yaşadığı kəndə Xorasanda ölüb dəfn olunan Mirzə Fətullahın dirildiyi xəbəri düşür.Güya ki,Hacı Nəsrullah adlı bir "alim" onu və qalan 100lərlə nəfəri diriltmişdir.Bu xəbərə inanan saf və avam camaat öz ölülərini diriltmək üçün sıraya girir.Lakin bunlara məhəl qoymayan yalnız "Kefli İsgəndər"dir.O gecə-gündüz içən, xaricdə təhsil almasına baxmayaraq bir işi olmayan personajdır. Əsərin gedişatında Şeyx Nəsrullah və köməkçisi Şeyx Əhməd bir-bir öz ölülərinin adını yazdırmağa gələnləri qəbul edirlər və elə qarışıqlıq da burada başlayır.Hamı bir-birinə irad tutaraq "Sən niyə arvadını yazdırmırsan?" "Bəs qardaşını yazdırmayacaqsan?" "Ananı özün döyə-döyə öldürmüsən deyə yazdırmırsan,hə?" Və s. kimi bir-birilərini öz ağızları ilə ifşa edirdilər.Bu hissə axırda İsgəndərin danışığında daha da açılır.Kimisi öz anasını döyüb öldürüb,kimisi öz qadınlarını çırparaq canını alıb,kimisi öz qardaşı ölən kimi onun xanımı ilə evlənib,kimisi isə kiçik yaşlı qızı qoca kişiyə ərə verib... Əsərin,məncə, ən mənalı hissələrindən biri İsgəndərin ölülərlə danışığı və sondakı çıxışıdır. Əsərin son pərdəsində hamı Hacı Fətullahın dirilmədiyini öyrənir və Hacı Nəsrullahın iç üzü açılır. Qeyd: Qeyd olaraq Şeyx Nəsrullahın plov yeməyib gündə bir xurma ilə keçinmə yalanına toxunmaq istəyirəm.Allah heç kimdən belə "abidlik",belə "iman" gözləməyib və gözləmir.Belə bir şey eləməliyik də demir və heç bunu düzgün də saymır.Dünya və axirət ləzzətlərini nizamlanmağı bizə tövsiyə edir. Qeyd2: Cəlil Məmmədquluzadə ateist və ya din düşməni deyil,amma dindar da deyil.Mirzə Ələkbər də kəskin satiradan istifadə eləsə də, əsərlərində dini motivlər, şiəçilik yer alır.Mirzə Cəlil isə ziyalı kəsim kimi dinsiz olmasa da,dinlə də çox da əlaqəli deyil. Əsərdə qarşımıza qoyulan sual: "Kimdir ölülər? Qızlarını kiçik yaşda evləndirən,cahil və avam siz,yoxsa torpağın altında çürüyüb gedən onlar?"
Azərbaycan ədəbiyyatı
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,282 okunma
·
274 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Noo, tatlımm, gördüyümü deyirəmm, qəşəng yazmısann ki, məndə elə görürəmm😁😁💜💜
Fatimə Təhməzova
Gönderi Sahibi
🙃🙃🤍🤍🤍
Bir əsərin incələməsi bu qədər mi gözəl olarr😍😍
Fatimə Təhməzova
Gönderi Sahibi
Yaaaa, şımartıyorsunuz,hanımefendi,sizin gözəl baxmağınızdandır oo🫠🤍🤍