Gönderi

Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi.
·
122 görüntüleme
Zaur Ruhullayev okurunun profil resmi
Doğulan anıda bir olan bu şey. Düşünüb bölərək yaratdı çox şey. Düşünmək hər zaman axtarır bir şey. Dayana bilməz ki,olmasa bir şey. Birliyi yaradır yalnız anlamaq. Anlamaq bu isə biliksiz baxmaq. Biliksiz,heç kimsiz cavabı bilmək. Buna da deyilir hiss ilə görmək. Hiss ilə baxaraq yaşamı sezmək. Cismin hərəkət yerini görmək. Baxaraq birinə cavabı tapmaq. Vücuda deyil də içinə baxmaq. Baxıram deyək ki,elə pişiyə. Soyuqdan yığılıb,sıxılıb küncə. Onun yaşadığın yaşadım mən də. Anladım niyə o,edir ki,belə. Baxıram birinə iş görür elə. Yüksəkdən bir əşya düşür əlinə. O anda yaşadım bu şeyi mən də. Bəs mənə nə olub edirəm belə? Axı o,düşməyib mənim əlimə. Çəkirəm acını onunla birgə. Bu anda anladım vücud ayrıdır. Bu isə yaşanan şeyi anladır. Hər şey bu dünyada olub əzəldən. Vücud,hiss,duyğular,düşüncə və mən. Fikir,istək,seçim,axtarmaq,bilik. Hamısı olsa da bunu görmədik. Bu fərqli yaşamdır anlayan çözər. Yaşamın cavabın tam dəqiq görər. O zaman anlayar sevgi nədir. Anlamak sevgini yaradır bilər.
Zaur Ruhullayev okurunun profil resmi
Deyirlər cavabı düşüncə verir. Suallar verəndə fikir edilir. Bilik olmayanda fikir neyləyir? Cavabda bilmirəm sözün işlədir. Axtarır sualın cavabın fikir. Mən özüm cavabı tapıram deyir. Öyrənir cavabı söz kimi fikir. Sözlərlə anlamır,sadəcə bilir. Fikir xəbərsizdir cavab verəndən. Düşünür özüdür yaşamı görən. Sözləri fikirə toplumdur verən. Olmayıb bizlərə hissi göstərən. Azad ola bilmir heç zaman insan. Bu sözün açmasın axtarır hər an. Sözlərin qurduğu yuxudan oyan. Azad ola bilir yalnız anlayan. Cismə yaşayan anladır özün. Anlamaq qidadır yaşayan üçün. İnsanlar cavabın axtarır sözün. Görə bilməyiblər yaşamın özün. Yaşamın cavabı hissi anlamaq. Hissi anlayaraq sevgini dadmaq. Hər zaman bildirir ali yaşamaq. Yaşamı həll edib məni anlamaq. Yaşamın açmasın görməyən insan. Aldanaraq aciz qalır hər zaman. Əziləndir doğru cavab axtaran. Yalnış ilə kimdir rahat yaşayan? Doğru nəyin qidasıdır yaşamda? Nə yeməkdir,nə içməkdir dünyada. Doğruya kim çatmayıb da dayansa. Hər zaman zülmü yaşar dünyada. Bu yaşamda azad olmayan insan. Axtaracaq hər zaman bir qəhrəman. Bu fikri yaradır çarə tapmayan. Yaşamı bizlərə hissdir anladan.
Zaur Ruhullayev okurunun profil resmi
Sevgi kiminsə deyil o,yaşayan birinin. Yaşayansa nədir ki,sualı aydın edin. Yaşayan elə hissdir,ona yaşamı verən nə? Yaşayana yaşamı hissdən başqa verir nə? Yaşayanı bölmüşük elə biz çoxlu yerə. Anlasaydıq bölərdik bu qədər çoxlu yerə? Biri olub yaradan,biri isə yaranan. Biri olub yaşayan,biri isə yaşanan. Deyilib ki,sən varsan bir də səni yaradan. Bele deyilib ona,bir də qarşıda olan. Görürsənsə nəyisə,o var bir də sən varsan. Birdə sənə bunları göstərən var yaradan. Baxaq görək elədi,düzmü verilib bunlar? Görürəm bir köpəyi günəşdən uzaq durar. Kölgə bir yerə gedib,elə orda oturar. Kölgədə otursa da dərindən nəfəs alar. Bu anda sual gəldi niyə orda oturub? Burda olan havanı o,görən hardan duyub? Bu sualın özündə mən və bir köpək olub? Yoxsa bu sualı da elə hiss özü qurub? Hər ikimiz yaşadıq orda olan ortamı. Hər ikimiz anladıq orda olan yaşamı. Ona baxıb anladım o,niyə belə edir? Yoxsa onun etdiyin hiss özü mənə deyir? O,olanı keçirir,məndə həmin olanı. O,nə keçirirsə hardan bildim cavabı? Ona gələn o,şeyi necə alıram ondan? Bəlkə soruşub sözlə,cavab alıram ondan? Axı o,məndən ayrı,məndə ondan aralı. Nə etsə anlayıram,dursa belə aralı. Formaca fərqlənirik,anlamaqda fərqliyik? Fərqli olsaq əgər biz,necə cavabı görərik? Düşünmüşük mən ayrı,birdə o,varlıq ayrı. O,varlığın etdiyin sözlə soruşmaq ayrı. Sual versən sözlə sən hansı cavab yaranır? Bəs onu aydın görsən,sözü bilmək yaranır? Bəs o məni yaradan,həm də onu yaradan. O,nədir ki,görüb sən düz cavaba çatasan. Bizə verir o canı,həm də bütün cavabı. O,özüsə hardadır,kim verəcək cavabı? Görən o,da canlıdır,yoxsa canı yaradıb? Yaradır və yaşadır,yaradıb və dayanıb? Onun zamanı yoxsa demək yenə yaradır. Zamanı varsa onun yaradıb və dayanıb. Sözləri eşidərək,götürdük bilik aldıq. O,biliklərinsə açarın bizlər aldıq? Yoxsa yalnız sözləri biz yığmağa başladıq? Toplayaraq sözləri aydınlığa heç çatdıq? Bəs sualı quran kim o,cavabı görən kim? Bəs özünü görək kim,bir də onu görək kim? Bəs ortamı keçən kim,hərəkəti edən kim? Bəs bunları bilən kim,bir də onu yazan kim? Bizim üçün olubdur yaman çoxlu o,kimər. Kimləri çözmək üçün yaman o,fikirləşər. Fikir onu salıbdır çıxılmaz labirintə. Hara getsə də belə,çıxmayıb gün üzünə. Bəs bu qaranlıq yaşam görən necə dəyişər? Aydınlıq necə gəlsin bunu quran düşünər! Yolu o,tapmaq üçün edir çoxlu fikirlər. Fikirləşib yalnız o,yollardan birin seçər. Açılmazsa sualla yalnız zülmü yaşayar. Ondandır sual gəlir bunu görsə anlayar. Bu verilən suallar onu əzməyə deyil! Bu suallarla hissi,məndən ayırmaq deyil?
Zaur Ruhullayev okurunun profil resmi
Cismə yaşam hərəkətin nə verir? Gedəcəyi yeri aydın göstərir. Göstəməsə hara getsin çaşdırar. Enerjisi bitər,çatmaz son bular. Arı çölə çıxır niyə yuvadan? Bilmir hara getsin indi buradan? Götür-qoymu edib yolun seçəcək? Yoxsa aydın olacaqda gedəcək? Bəs toxumlar necə edir hərəkət? Qış,yaz,yay,payızımı seçəcək? Qarışdırsa yaşamına son gələr. Necə düzgün vaxtı görüb dirçələr? İnsanlar bəs necə edir hərəkət? Aydındısa içdə niyə fəlakət? Seçir,yoxsa aydın yolda yürüyür? Aydındısa niyə yollar böyüyür? Niyə hər gün sualları çoxalır? Günlər kecir zamanı da daralır. Tapmadıqda gəlir cana usanır. Sonra zövqü axtarmağa adanır. Seçilənmi onu çəkir özünə? Seçən anda düzü gəlir özünə? Gəlibsə bəs niyə çəkir əziyyət? Seçdikləri verir ona səadət? Daxilində təlatümdü susmayır. Suallar çox çarələri bulmayır. Çarəsizlik edir onu idarə. Sarıb onu öz toru ilə əhatə. Axtarışlar edir rahat durmayır. Narahatlıq dinib bir an susmayır. Axtarışı harda,necə aparsın? Yalnışlardan necə kənar dayansın? Nədən belə doğruları axtarır? Necə oldu yalnışlardan utanır? Yaşayaraq olar,olmaz ayırıb. Ayıraraq parçalanma yaradıb. Ayıraraq topluyurdu biliklər. İşlədəndə görür onlar çürüklər. Vacib olan nədir görən həyatda? Onu görsə çözüm tapar yaşamda.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.