Gönderi

232 syf.
·
Puan vermedi
·
Beğendi
·
14 saatte okudu
Şəxsi inkişaf kitabları oxumağı niyə sevirəm? Çünki mənə nəsə qatır,həm də ayna rolunu oynayır. Özümdən, öz düşüncə və hisslərimdən, ən əsası yaşadığım, qarşılaşdığım hadisələrdən bir parça görəndə nadir tapıntı tapmış kimi sevinirəm. Adil Yıldırım'ı sosial mediadan tanıyıram. Adamın qətiyyəli danışığı, bir növ dediklərinə başı ilə cavabdeh olmağı məni ona inanmağa sövq edir. Düşünürəm ki, hər şeyi bu qədər dəqiq vurğulayan insanın istinad etdiyi etibarlı məlumat bazası və təcrübəsi var. Kitabı oxuduqca elə bil səsi beynimdə əks səda verirdi.(Youtubeda o qədər izləmişəm ki)) Nəsihət və rəhbər ağırlığında bir kitabdır, zərərli münasibətlərdən qurtulmusuz və hələ də unutmamısızsa, həyatınızdakı insanı sorğulamaq və münasibətinizi gözdən keçirmək istəyirsizsə və ən nəhayət, doğru insanı axtarırsızsa tezliklə bir nəfəsdə oxuyun.
50 Maddede İlişkiler
50 Maddede İlişkilerAdil Yıldırım · Kara Karga Yayınları · 2020566 okunma
·
2 artı 1'leme
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.