Gönderi

"Şəkər portağalı"
Təsirindən çıxa bilmədiyim,ara-ara kövrəldiyim,hətta ağladığım o əsər.O qədər zərif,incə,həssas,duyğusal dillə yazılıb ki.Kitabı oxuyarkən təsəvvürdə canlandırmamaq qeyri-mümükündür.Zezenin özünəməxsus, bir o qədər də böyük xəyal dünyasına səyahət etmək əyləncəli olduğu qədər hüznlü idi.Sonunu isə belə istəməzdim.Ona özünün dediyi kimi "həyatın sevimli cəhətlərini öyrədən" Partuqanın ölümünü oxumaq ən kövrək,ən təsirli hissə idi mənim üçün.Əslində üzüntümün böyük hissəsi Zeze üçün idi.Dostu ilə,onun sevimli Partuqası ilə vidalaşmadan ayrılmaları qəlbimi incitdi.BİR SÖZLƏ,ƏSƏR YADDAŞIMDAN SİLİNMƏYƏCƏK,NƏ VAXT XATIRLASAM ZEZE ÜÇÜN BİR DAHA ÜZÜLƏCƏM.
·
9 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.