Gönderi

110 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
Çingiz Aytmatovun yaradıcıllığından oxuduğum üçüncü əsərdir amma deyərəm ki, ən çox təsirləndiyim əsər də məhz "Dəniz kənarıyla qaçan Alabaş" oldu.Mən Çingiz Aytmatovu ilk bu əsərlə xatırlacam şəxsən. İndi qısaca əsərdən bəhs edim. Əsərdə bizi dəniz səfərinə çıxan dörd nəfər qarşılayır. İkisi orta yaşlı biri qoca olan bu üç nəfəri birdə Kirisk adlı uşaq müşahidə edir.Bu Kiriskin ilk dəniz səfəridir. Və sevinc ,həyəcan, qürur qarışıq duyğular içindədir. Povest bizə bu dörd nəfərin dəniz səyahətinə bir növ qonaq edir. Hər şey yolundaykən anidən yaranan tufan bu dörd nəfərin həyatını dəyişir. Müəllif yaşanan duyğuları, hadisələri, insanlar arasındakı münasibətləri o qədər ustalıqla təsvir edir ki, bir an həqiqətən ucsuz-bucaqsız dənizdə ac-susuz olduğunuzu düşünürsüz. Fədakarlıq, sevgi, ümid fərqli cəhəttən yansıdılır bizə. Sevdilərini yaşatmaq üçün öz həyatından vaz keçən üç obraz və həyata ümidlə tutunan, həyat sevgisini, gələcəyi təmsil edən bir uşaq.Bir növ duyğusal çıxmazlara düşürsən. Oğlunu yaşatmaq üçün yox heç olmasa ömrünü bir neçə saat uzatmaq üçün həyatından vaz keçən , həyatdan ayrılacağı üçün yox oğlundan ayrıla bilmədiyi üçün kədərlənən, amma bir tərəfdən bu həyatda ondan bir parça qaldığı üçün sevinən ata obrazı...Oxuyanları deyə bilmərəm amma bu səhnələr məni dərindən sarsdı.Bir sözlə, oxumaq istəyib də tərəddüd edənlərə şiddətlə tövsiyə edəcəyim bir əsərdir
Deniz Kıyısında Koşan Ala Köpek
Deniz Kıyısında Koşan Ala KöpekCengiz Aytmatov · Ötüken Neşriyat · 20183,942 okunma
·
119 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.