Gönderi

72 syf.
9/10 puan verdi
·
7 saatte okudu
Bir ~Kiçik insan~ hekayəsi
Nikolay Gogol
Nikolay Gogol
bu hekayəni dostları ilə bir görüşmədə olarkən, hekayədə yaşanılan hadisənin başqa bir versiyonunu eşitmiş və təsirlənərək, üzərinə biraz da öz məmurluq həyatından incilər qataraq yazmış və dönəmin reallıqlarını sadə hekayə dili ilə çatdırmışdır. Ümumilikdə hekayənin dili çox sadədir, ilk başda insan `burdan nə çıxacaq ki?` düşüncəsi ilə başlayır və birdə görür ki, hekayə bitib.
Palto
Palto
hekayəsi rus ədəbiyyatında realizmin qabaqcıllarından biri hesab olunur. Hekayədə kasıb dövlət qulluqçusu Akakiy Akakiyeviçin illərdir yığdığı pullarla tikdirdiyi paltosunun oğurlanması zamanı baş verən faciəvi hadisələrdən bəhs edilir. Hekayədə Akakiy Akakiyeviçin paltosunun oğurlanması onun üçün təkcə maddi itki deyil. Eyni zamanda, bu həm də onun arzularının oğurlanması və həyat sevincidir. Bu hadisə müəyyən mənada Akakiy Akakiyeviçi məhv edir. "Palto" kiçik adam mövzusunun ən uğurlu nümunələrindən biridir. Hekayədə kasıb və adi insanların həyatı, yaşadıqları çətinliklər, haqsızlıqlar açılır. Qoqol bu hekayəsində o dövrdə Rusiyada hökm sürən sinfi ayrı-seçkiliyə və yoxsullara qarşı mənfi münasibətə də tənqidi baxış bucağı təqdim edir. Bu qədər sadə olan bu hekayənin ən mühüm mesajı, məncə, kiçik insanların əhəmiyyətidir. Akakiy Akakiyeviç sıravi dövlət qulluqçusudur. Lakin Qoqol onu müəyyən mənada bir simvola çevirir. Akakiy Akakiyeviçin hekayəsi bizə kiçik insanların da böyük əhəmiyyət kəsb etdiyini xatırladır. Hekayə həm də sosial ədalətsizliyin tənqid edir və cəmiyyətidə nələrin çatışmadığını və düzəldilməli olduğunu aşkar şəkildə göstərir.
Palto
PaltoNikolay Gogol · Bordo Siyah Yayınları · 202137,2bin okunma
·
1 artı 1'leme
·
80 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.