Gönderi

Bütün ailə üzvlərimi sevə bilərdim olmadı: ona görə mən də hamını sevməməyi öyrəndim. Solğun gəncliyim özümlə, yüksək cəmiyyətlə mübarizədə keçdi, istehzadan qorxaraq duyğularımın ən gözəllərini qəlbimin dərinliklərində gizlətdim: bu hisslər oradaca öldü. Mən doğru danışırdım , inanmırdılar: aldatdım. Yüksək cəmiyyəti yaxşı tanıyandan və sirlərini öyrənəndən sonra həyat təcrübəsində məharətim artdı və yorulmadan əldə etməyə çalışdığım mənfəətlərdən başqalarının necə müftəcə istifadə etdiyini və heç bir hünərləri olmadığı halda xoşbəxt olduqlarını gördüm. Onda qəlbimdə ümidsizlik yarandı, bu, zorla müalicə edilən ümidsizlik deyil, mehribanlıq və xoş təbəssümlə pərdələnmiş soyuq, gücsüz bir ümidsizlik idi. Mənəvi cəhətdən şikəst oldum: könlümün yarısı buz bağlamışdı, o qurumuş, buxarlanmış, havaya qalxıb yox olmuşdu, onu kəsib atmışdım halbuki o biri yarısı tərpənir və hər kəsə xidmət etmək üçün yaşayırdı. Bunu isə kimsə sezməzdi, çünki onun məhv olmuş yarısından heç kəsin xəbəri yox idi. Lakin indi könlüm haqqındakı xatirələrimi oyatdınız və mən sizə onun lövhəsində yazılanları oxudum. Çoxları üçün, ümumiyyətlə, bütün yazılı daşlar gülünc görünür, mənə isə xüsusən onların altında gizlənənləri xatırladığım zaman bu heç də gülünc görünmür.
3 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.