Gönderi

Son anda yaxasındakı şəkli çıxarıb uşaqlarına baxmışdı. Şəkli öpüb ağlamışdı... və birdən başa düşmüşdü ki, ölsə də, ruhu rahatlıq tapa bilməyəcək. Başa düşmüşdü ki, ruhu əzab çəkəcək onlarsız. Görmək istəyəcək onları, görə bilməyəcək. Ruhun görən gözləri olmur... Səslərini eşitmək istəyəcək, eşidə bilməyəcək. Ruhlar eşidə bilmir... Bağrına basmaq istəyəcək uşaqlarını, basa bilməyəcək. Ruhun qolları olmur... Təkcə duya biləcək ruhu onları. Duyacaq, ayrılıq əzabı çəkəcək həmişə!
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.