Gönderi

Legitimliyi kim və necə verir?
Ümumiyyətlə, ikinci üsul hiyləgərliklə, incə şəkildə həyata keçirilir ki, hətta ziyalıların əksəriyyəti belə bunu ayırd edə bilmir. Məsələn; tutaq ki, deputat seçkiləri keçirilir. Amma fakt budur ki, SEÇKİ İNSTİTUTU məqsədli şəkildə sıradan çıxarıldığından normal seçkidən söhbət gedə bilməz. Bunu hamı, o cümlədən, Məşədi adlı bir ziyalı da bilir (Belə “seçki” DİKTATORA ona görə lazımdır ki, legitim olduğuna dair görüntü yaratsın, əslində isə situasiya tamam fərqlidir). Xülasə, “seçki” keçirildi və Məşədi adlı həmin ziyalının tanıdığı, iş yoldaşı, yaxud qohumu, tanışı və s. Fatmanisə xanım deputat “seçildi” (əslində təyin olundu). Məşədi siyasi səbatsızlığı ucbatından Fatmanisəni hansısa ictimai platformada (sosial şəbəkələr və s.) təbrik edir. Bu zaman nə baş verir? Əslində Məşədi Fatmanisəni tanışı (qohum, iş yoldaşı və s) olduğuna görə, öz aləmində onu yaxşı adam kimi səciyyələndirərək təbrik edir. Bununla da fərqinə varmadan DİKTATORUN incə bişimdə qurduğu tələyə düşür. Özü də bilmədən, istəmədən DİKTATORA dəstək olur və ona İMİTASİYA LEGİTİMLİYİ verir. Bu isə ictimai platformada həmin ZİYALINI izləyənləri də çaşdırır. Məşədi özü də başa düşür ki, “seçki” qutusundan çıxan “ad” əslində əvvəlcədən qurulmuş oyunun nəticəsidir və onun təbriklədiyi “deputat” xalq tərəfindən seçilməyib, rejim tərəfindən təyin olunub. Lakin yazıq Məşədi bunu əlaqələndirə bilmir ki, onun alqışladığı “deputat” SEÇKİ İNSTİTUTUNU dağıdan diktatura rejiminin vacib bir elementidir. Beləliklə də, bədbəxt Məşədi fərqində olmadan bu təbriki ilə mahiyyətcə DİKTARURA REJİMİNƏ İMİTASİYA LEGİTİMLİYİni vermiş olur ki, bu da rejimə hava-su kimi lazımdır. Əslində isə Məşədi, Fatmanisəni bu saxtakarlıqda iştirak etdiyinə və cəmiyyəti həm də aldatdığına görə, nəinki təbrik etməli, əksinə heç onu adam yerinə də qoymamalıdır. Onun saxtakar bir idarəetmənin elementi olduğunu anlamalı və cəmiyyətə də bunu yansıtmalıdır. Deməli, aydın oldu ki, istənilən bir GÜCə (şəxsə, qanuna, dövlətə və s.) legitimliyi cəmiyyət verir, bilərəkdən, yaxud da bilmədən.
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.