Gönderi

Bu da yol ayrıcı, bu da son vida… İndi günəş soyuyacaq, tələsmə! Ayrılıq gələcək əlində qılınc Bizi qana boyayacaq, tələsmə! Bir yer boş qalacaq burada bizsiz, Arzular, ümidlər itəcək izsiz, Eşqimiz susacaq səssiz, səmirsiz, Körpə kimi uyuyacaq, tələsmə! Həyat məni məngənədə əzdirib, Ağrıları ürəyimdə gəzdirib, Çox deyirdin: Fikir məni bezdirib, İndi gözün quruyacaq, tələsmə!.. Rasim gözlərinə görünməyəcək, Bu həsrət heç kimlə bölünməyəcək, Xatirəm beynindən silinməyəcək, Bir gün səni qınıyacaq, tələsmə!.. (Şəhid p-k l-nt: Rasim Abdullayev )
·
1 artı 1'leme
·
123 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.