Gönderi

Yar, həsrətin bilirsənmi nədədir?.. Yaman tez-tez düşür yada tellərin. Çox gözəllik gəlib, keçib-gedəndir, Gözəl oldu bu dünyada tellərin. Dəstə tutub qorxa-qorxa hörmüşəm, Qüdrətini gözlərimlə görmüşəm. İlk eşqimi mən ki ona vermişəm, Şeir yazdım, çatdı dada tellərin. Xəyalımda üz-gözümə toxundu, Bir telində min bir dünya oxundu. Şair oldum, bilirəm ki, mən indi İlham verdi, tək bu ada tellərin... 🖤
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə
··1 alıntı·
145 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.