Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Tofiq Hüseynzadə

Tofiq HüseynzadəXeyal Cığırı - Cild 1 yazarı
Yazar
0.0/10
0 Kişi
2
Okunma
3
Beğeni
108
Görüntülenme

Hakkında

Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər (1969-cu ildən Vardenis) rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulmuşdur. Tarixdə Miskin Abdal kimi tanınmış, Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli ideoloqu, dövlət xadimi və böyük Övliyası, hərbi sərkərdə, sufi şair, mütəfəkkir (filosof), Ozandan Aşığa (Haqq Aşiqliyinə), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi" ve sair çoxsaylı sufi-təsəvvüf musiqi bəstələrinin — Aşıq havalarının müəllifi, müqəddəs Ocaq-Pir sahibi Seyyid Hüseyn Məhəmməd oğlunun (1430–1535) oğlu Şadmanın nəslindəndir. Sovet hakimiyyəti illərində Ermənistanda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci il Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və fəaliyyətini burada davam etdirmişdir. Xalq şairi Xəlil Rza Ulutürk ilə yaxın dostluq əlaqələri olmuşdur.
Tam adı:
Tofiq Məhəmməd oğlu Hüseynzadə
Unvan:
Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist.
Doğum:
Sarıyaqub, Basarkeçər rayonu, Ermənistan SSR, 20 Eylül 1946
Ölüm:
Bakı, Azərbaycan, 13 Kasım 2006

Okurlar

3 okur beğendi.
2 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Səbr elə
Eşitmişəm, gözün yolda qalıbdır, Ürəyini qüssə, kədər alıbdır. Atəşlərə səni, de, kim salıbdır?!. Xəyalını qurban vermə sən yelə, Narın-narın yanma oda, səbr elə. Ömür keçir, bir adətdir əzəldən, Çatdıq yaşa, gənclik gedir tez əldən... Yalvarıram hey ağlayan gözəldən, Göz yaşını, gəl döndərmə bir selə, Keçsin bulud, çıxsın Günəş, səbr
Sayfa 475Kitabı okudu
Mənə dedilər
Dedilər: can alır bir gözəl canan, Dedim: o qılınca mənəm toxunan. Dedilər: bəxtini eyləmə qara, Dedim: can onundur, getsəm də hara. Dedilər: bu nazı çəkən sağalmaz, Dedim: aşiqlərə can şirin olmaz. Dedilər: yazıqsan, bu işdən əl çək! Dedim: yaraşıqdır ömrə o çiçək. Dedilər: qəm çəkmə, sən hədər yerə, Dedim: bəlkə, insaf gəldi dilbərə... Dedilər: yoxdurmu başqa bir afət? Dedim: həyatımdır o, ilk məhəbbət. Dedilər: insafı yox o mələyin, Dedim: vurğunuyam belə ölməyin!
Sayfa 230Kitabı okudu
Reklam
Gözlər
Bir ürəyin eşqi üçün Dikilməsin yola gözlər. Axıdıb yaş için-için, Mən qıymıram dola gözlər. O iki göz – iki eşqim Könüllərə oldu hakim. Aman! Aman! Kim qıyar, kim, Gözü yaşlı qala gözlər?.. Günəş kimi alovlansın, Bir ürəkdən ilham alsın, Vəfalıya qurban olsun, Qoy baxmasın dala gözlər. Maral kimi durub gendə, Ürəklərdən tel sökəndə, Hərdən-hərdən Qəmlini də, Unutmaya, nola gözlər!
Sayfa 393Kitabı okudu
Nalə
Çəmən həsrət çəkir öz gülü üçün, Bağça dilə gəlir bülbülü üçün, Pərvanə can verir sevgili üçün. Qəlbimi həmişə qoyub yaralı, Biganə-biganə gəzmə aralı. Məcnun çölə getdi, Leylini andı, Kərəm, – «Əsli» – deyib, odlara yandı. Bizim aramıza düşən nə qandı?.. Gəl olma fitnəkar, a dağ maralı, Divanə-divanə gəzmə aralı.
Sayfa 427Kitabı okudu
Bülbül
Bir gün yaşıl budaqdan Qəfəsə düşdü bülbül. Görən dedi: nahaqdan Həvəsdən düşdü bülbül. Oxudu bülbül yenə, Sular kimi coşdu o. Al güllərin eşqinə Yeni nəğmə qoşdu o. Oxudu qəmli-qəmli, Sinəsi ahla doldu. Bülbül həzin nəğməli, Köksü sapsarı oldu. Nəğmələr deyə-deyə Dolandı qəfəsinə, Özü bilmədi, niyə Əsir düşüb səsinə?..
Sevmişəm səni
İlk bahar çağında, əriyəndə qar, Açanda yarpaqlar, sevmişəm səni. Olanda yamyaşıl dərələr, dağlar, Axanda bulaqlar, sevmişəm səni. Keçən təmtəraqlı bu gəncliyimdə, Mən ilk sevincimdə sevmişəm səni. Görsəm də əzablar dəcəlliyində, Şeirtək içimdə sevmişəm səni. Uca dağ döşündə açanda güllər, Dinəndə bülbüllər, sevmişəm səni. Gələndə ilhama eşqi-könüllər, Dil açsın qoy dillər, sevmişəm səni. Sənin saçlarında gəzəndə əlim, Söylədi ki dilim: Sevmişəm səni. Sevincdən titrədi, əsdi qələmim, Danışdı aləmim: Sevmişəm səni.
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə
O, sənsən !
Çiçəklər boylansa otlardan qabaq, O, sənsən ! Bir dağda varsa bir gözəl bulaq, O, sənsən ! Eşitsə qulağım nəğməli bir səs, Keçsə ürəyimdən bir gözəl həvəs, Toxunsa üzümə isti bir nəfəs, O, sənsən ! Çıxmışam həyatın gülzar seyrinə, Baxıram çəmənin çiçəklərinə Könlüm heyran qalıb gülün birinə, O, sənsən ! 🍃
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə
Reklam
Ah... yenə dilbərim, o dağlar qızı, İtibdir çiçəklər, güllər içində. Elə bil bəxtimin Dan Ulduzu Bahrdır fəsillər, illər içində. ✨ Ürkək maral kimi baxır dörd yana, Ovçusu mənəmmi? Gələm meydana! Nur saçır Ay kimi bütün cahana O günəş camalı tellər içində.
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok