Gönderi

Səbr elə
Eşitmişəm, gözün yolda qalıbdır, Ürəyini qüssə, kədər alıbdır. Atəşlərə səni, de, kim salıbdır?!. Xəyalını qurban vermə sən yelə, Narın-narın yanma oda, səbr elə. Ömür keçir, bir adətdir əzəldən, Çatdıq yaşa, gənclik gedir tez əldən... Yalvarıram hey ağlayan gözəldən, Göz yaşını, gəl döndərmə bir selə, Keçsin bulud, çıxsın Günəş, səbr elə. Bülbül bağı tərk edəndə gül solur, Ürəyinə hicran, qüssə, qəm dolur, Sevənlərə ayrılıq bir dərd olur. Bülbül ollam mən qonaram tez gülə, Etmə xəyal, çəkmə nalə, səbr elə. Gəlməyəndə çəmənzarin maralı, Baş saxlayır, susur güllər yarali. İnan!.. Səndən çox düşsəm də aralı, Ah çəkirəm, yad edirəm mən belə, Görüşərik... çarə nədir, səbr elə. Çoxdur sənə özüm kimi inamım, Puça çıxmaz inan mənim peymanım. And içirəm... Əgər olsa günahım, Al bıçağı, öldür məni, qan eylə, İnansan da, mənim kimi səbr elə.
Sayfa 475Kitabı okudu
·
2 artı 1'leme
·
506 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.